İslam Əməkdaşlıq Təşkilatının Qahirədə keçirilən XII zirvə toplantısı çərçivəsində Azərbaycanın xarici işlər naziri qırğızıstanlı həmkarı ilə görüşmüşdür

 

Qırğızıstan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının Qahirədə keçirilən XII zirvə görüşü çərçivəsində Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldaev Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşdür.

Məlumatda deyilir ki, tərəflər ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda əlaqələrin dərinləşdirilməsi, yüksək səviyyədə görüşlərin keçirilməsi, Qırğızıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi vaxtının dəqiqləşdirilməsi məsələlərini müzakirə etmişlər. Danışıqlar zamanı ölkələrimiz arasında ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

Görüşdə böyük qırğız yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyinin birgə keçirilməsi istiqamətində də müzakirə aparılmışdır.

Məlumatda deyilir ki, tərəflər Qırğızıstan ilə Azərbaycan arasında əməkdaşlığın fəallaşdırılması istiqamətində də geniş fikir mübadiləsi aparmışlar.

 

 

 Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

 

Azərbaycan.-2013.- 8 fevral.- S.2.