Serbiya Prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri
Rəsmi qarşılanma mərasimi
Azərbaycan Respublikasına rəsmi
səfərə gələn
Serbiya Respublikasının
Prezidenti Tomislav Nikoliçin fevralın
8-də rəsmi qarşılanma
mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının
dalğalandığı meydanda
ali qonağın
şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Fəxri
qarovul dəstəsinin
rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva Serbiya Respublikasının
Prezidenti Tomislav Nikoliçi və xanımı Dragitsa Nikoliçi qarşıladılar.
Fəxri
qarovul dəstəsinin
rəisi Serbiya Respublikasının Prezidentinə
raport verdi.
Serbiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri
qarovul dəstəsinin
qarşısından keçdilər.
Serbiya Respublikasının
Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri
Prezident Tomislav Nikoliçə, Serbiya nümayəndə heyətinin
üzvləri Prezident
İlham Əliyevə
təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının
qarşısından keçdi.
Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.
AzərTAc
Azərbaycan.-2013.- 9 fevral.- S.2.