Serbiya Prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri

 

Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Tomislav Nikoliçin təkbətək görüşü

 

Fevralın 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi.

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin Azərbaycan Respublikasına rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərin  genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Azərbaycan ilə Serbiya arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi.

Görüşdə ikitərəfli, regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 9 fevral.- S.2.