Serbiya Prezidenti Tomislav
Nikoliçin Azərbaycana rəsmi səfəri
Dövlət
başçıları mətbuata bəyanatlarla
çıxış etmişlər
Serbiya Prezidenti Tomislav Nikoliçin
bəyanatı
-
Hörmətli cənab Prezident!
Xanımlar və cənablar!
Zati-aliləri!
Əslində hətta biz belə razılığa gəlmişdik
ki, burada elə bir nəfər
çıxış edə
bilərdi. Çünki Sizin burada söylədiyiniz hər bir sözə mən şərik çıxıram və bu, əslində Azərbaycan ilə Serbiya arasında sarsılmaz dostluğun ünvanına söylənilən
sözlərdir. Bu dostluq
bir neçə il bundan
öncə yaradılmışdır.
Biz Serbiyada hakimiyyətə
gəldikdən sonra bu münasibətləri daha da möhkəmləndirmək
fikrindəyik. Azərbaycan Serbiyanın
dostudur. Qeyd etmək
istəyirəm ki, həyat tərzinə, xalqlarına görə ölkələrimizin oxşarlıqları
vardır.
Azərbaycan Serbiyanı dəstəkləyir. Bu, bir daha onu
sübuta yetirir ki, müxtəlif dinlərə malik olan xalqlar coğrafi
məsafəyə baxmayaraq,
insanlar arasında anlaşmanın möhkəmlənməsinə
xidmət edə bilərlər. Biz Azərbaycana çox minnətdarıq, ölkəniz
bizə dəstək verir ki, ədalət
bərpa olunsun. Biz də Azərbaycanı
dəstəkləyirik. Əgər söhbət ədalətdən
gedirsə, digər maraqlar kənarda qalmalıdır. Biz tələb edirik ki, bütün başqa maraqlar kənara atılsın.
Əgər söhbət Serbiyadan
və Azərbaycandan gedirsə, ədalət bərqərar olunmalıdır.
Biz bir çox
hallarda mübarizə
aparmışıq, itkilər
olubdur. Lakin biz hər zaman
bu sınaqlardan lazımi qaydada çıxmışıq.
Azərbaycan əhalisinə görə
Serbiyaya yaxındır. O ki qaldı həyat standartlarına görə,
Sizin əhaliniz
daha yaxşı yaşayır. Biz də istərdik ki, həyatı eyni standartlarda təmin edək. Təbii, biz istərdik ki, həmçinin elə bir şərait
qurulsun ki, bu, hər iki
xalqın maraqlarına
cavab versin. Hətta belə fikir də söyləmək istəyirəm ki, işgüzar dairələr
üçün əgər
cəlbedici şəhərlər
varsa, məsafələr
rol oynamır.
Cənab
Prezident, biz gözəl
anlayırıq ki, bu baxımdan Sizin başqa ölkələrin, o cümlədən
Serbiyanın yardımına
ehtiyacınız yoxdur.
Lakin buna baxmayaraq, biz bu işi təmənnasız
aparmaq istəyirik.
Biz istərdik ki, insanlarımız işlə təmin olunsun, istehsalat baş tutsun. Onlar öz məhsullarını
tədarük etsin və daha yaxşı
yaşasınlar.
Qeyd etmək
istəyirəm ki, ölkənizin hətta üzv olmadığı təşkilatlarda da biz Sizi dəstəkləyəcəyik. O təşkilatlarda
ki, bizim ölkə özü yoxdursa, Azərbaycan bizi orada təmsil
etsin.
Bu yaxınlarda biz Azərbaycan
ilə daimi əsaslarla işgüzar dairələr, həmçinin
adi insanlar arasında təmasların
qurulmasına nail olacağıq. Biz görəcəyik ki, bu, ikitərəfli əməkdaşlığımıza da nə qədər
vacibdir. Bu, nəinki regionlarımız
üçün, həmçinin
bütövlükdə, qitə
üçün xeyirli
olacaqdır. Bizim aramızda
bu qədər yaxınlaşma çox yaxşı haldır.
Əslində bu, hətta
biz müxalifətdə olan
vaxtda başlamışdır.
Lakin indi biz hakimiyyətdəyik.
Bu onu göstərir
ki, bütün Serbiya Azərbaycanın tərəfindədir. Keçmiş müxalifət indiki hakimiyyətdədir. Biz istənilən məsələdə
razılaşmaya bilərik.
Amma Azərbaycana gəldikdə
isə, hər zaman ümumi mövqe nümayiş etdiririk.
Azərbaycanın zəngin dini və mədəni irsi vardır. Azərbaycan tərəfindən
iki layihə maliyyələşdirilibdir. Pravoslav kilsəsi və bir məscid yenidən qurulubdur. Serbiya da bir dövlət
kimi eyni rol oynayır. Ölkəmizdə bütün dinlərin
nümayəndələri, 30-dan artıq etnik azlığın təmsilçiləri
yaşayır. Onlar universitetlərdə
öz doğma dillərində dərs alırlar. Həmçinin bildirmək istəyirəm
ki, burada biz həm öz vətəndaşlarımıza və digər dinlərin təmsilçilərinə
də eyni münasibət bəsləyərik.
Bilirsiniz, hakimiyyət dəyişir,
insanlar bir-birini əvəz edir. Lakin istəyirəm
ki, bizim xalqlar başladığımız
bu işləri daha da irəli
aparsınlar.
Çox
sağ olun!
AzərTAc
Azərbaycan.-2013.- 9 fevral.- S.3.