Serbiya Prezidenti Tomislav
Nikoliçin Azərbaycana rəsmi səfəri
Azərbaycan
Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Tomislav
Nikoliç açılışda iştirak etmişlər
Bakıda görkəmli serb alimi
Nikola Teslanın abidəsi açılmışdır
Prezident Tomislav Nikoliçin
çıxışı
-
Zati-aliləri cənab Prezident!
Hörmətli
xanım Əliyeva!
Xanımlar
və cənablar, əziz dostlar!
Serbiyaya
müstəqillik, azadlıq və inam gətirən Hatt-ı
Şərif Bəyannaməsi 1830-cu ildə Daşmeydan
parkında oxunub. Məhz bu parkda da Knyaz Miloş ölkəyə
rəhbər elan edildi. Ən gözəl parkların birində
belə bir tarixi irs ümummilli lider Heydər Əliyevin, eləcə
də yazıçı Milorad Paviçin heykəlləri ilə
zənginləşir. Həmin parkı təkrarolunmaz cazibəli
fəvvarələr bəzəyir. Axşamlar bütün bu
kompleksdə suyun, musiqinin və müxtəlif rənglərin
oynaması böyük təəssürat
bağışlayır. Göz qırpımında suyun
möcüzəsi həmin məkana xüsusi yaraşıq
verir. Məhz belə bir yerdə, belə bir şəraitdə
həm Heydər Əliyevin, həm də Nikola Teslanın abidələri
ucalır, Belqrad sakinləri hər zaman oraya toplaşırlar.
Dünya
şöhrətli alimin abidəsinin
açılışı ilə Azərbaycan xalqı elə
bir şəxsiyyətə hörmətini izhar edir ki, o,
öz ixtiraları ilə gündəlik həyatımıza
işıq saçan yenilikləri gətirmişdir. Bu şəxsiyyətin
elmi nailiyyətləri bütün bəşəriyyətin
nailiyyətidir. Onun işləri hər bir yerdə
böyük serbin fəaliyyəti kimi dəyərləndirilir.
Dost ölkədə onun rəhbəri ilə yan-yana xalqın
ən tanınmış aliminin abidəsi qarşısında
dayanmaqdan böyük şərəf ola bilməz.
Böyük Nikola Teslanın həmvətəni olmaqdan
böyük şərəf hissi duyaraq hamımız fəxr
edirik ki, onun nailiyyətləri bütün bəşəriyyətə
məxsusdur.
Bu
xüsusiyyəti qəbul edən Azərbaycan böyük alimə
və Serbiyaya hörmət əlaməti olaraq belə bir
gözəl məkanda Nikola Teslanın abidəsini ucaltdı.
İnanırıq ki, bu yer Bakı sakinlərinin sevimli yeri
olacaq, necə ki, belqradlılar Heydər Əliyevin abidəsinin
ucaldığı parka gəlirlər. Bu iki xalqın
böyük oğullarına həsr olunan abidələr
artıq müştərək tariximizin bir hissəsinə
çevrilir. Serbiya vətəndaşları adından minnətdarlığımızı
bildiririk.
* * *
Sonda
xatirə şəkli çəkdirildi.
Serbiya
Prezidenti və xanımı abidənin müəllifi Ömər
Eldarova təşəkkür etdilər.
AzərTAc
Azərbaycan.-2013.- 9 fevral.-S.4.