Azərbaycanın Baş naziri Artur Rasizadə və Serbiya Prezidenti Tomislav Nikoliç birgə işçi nahar etmişlər

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç fevralın 8-də birgə işçi nahar etmişlər.

Səmimi söhbət zamanı Azərbaycan ilə Serbiya arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 9 fevral.- S.5.