Serbiya Prezidenti Tomislav Nikoliç Azərbaycan Diplomatik Akademiyasında olmuşdur

 

Fevralın 8-də Serbiyanın Prezidenti Tomislav Nikoliç xanımı Dragitsa Nikoliç Azərbaycan Diplomatik Akademiyasında (ADA) olmuşlar.

Akademiyanın rektoru professor Hafiz Paşayev Serbiya Prezidentini xanımını salamlamış, ölkələrimiz arasındakı əlaqələrin perspektivlərindən danışmışdır. Bildirilmişdir ki, yaxın vaxtlarda hər iki ölkənin diplomatik akademiyaları arasında tələbə müəllim mübadiləsi aparılacaqdır. Qeyd edilmişdir ki, ADA-da Serbiyanın məşhur yazıçısı diplomatı İvo Andriçə həsr edilmiş "İvo Andriç - yazıçı, yoxsa diplomat" adlı sərgi xalqlarımız arasında humanitar münasibətlərin daha da dərinləşməsinə təkan verəcəkdir.

Serbiyanın Prezidenti Tomislav Nikoliç  çıxışında dünya şöhrətli yazıçı İvo Andriçə həsr edilən sərginin təşkilinə görə minnətdarlığını bildirmişdir. Serbiya dövlətinin başçısı vurğulamışdır ki, İvo Andriç ölkəsinin tarixi ilə bağlı insan talelərini problemlərini bütün dolğunluğu ilə açmağa imkan verən epik istedadının gücünə görə Nobel mükafatına layiq görülmüşdür.

Prezident Tomislav Nikoliç İvo Andriçin ictimai xadim kimi böyük nüfuz qazandığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, İvo Andriç "Durna körpüsü", "Travnitska", "Yeni tarixçələr" kimi əsərləri ilə ədəbiyyat aləminə öz töhfəsini vermişdir. Avropanın 40-dan çox ölkəsində onunla bağlı sərgilər keçirilmişdir. 2013-cü ildə isə İvo Andriçə həsr edilmiş ilk sərgi Azərbaycanda təşkil olunmuşdur.

Tədbirdə dövlət hökumət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri iştirak etmişlər.  

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 9 fevral.- S.5.