«Azərspace-1»in uğurla orbitə çıxarılması Azərbaycan üçün
tarixi hadisədir
"Azərspace-1"in uğurla orbitə çıxarılması Azərbaycan üçün tarixi hadisədir. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edirəm." AzərTAc xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov jurnalistlərə müsahibəsində demişdir.
Ə.Əhmədov bildirmişdir ki, bu gün müasir Azərbaycanın tarixində ən əlamətdar hadisələrdən birini yaşayırıq. Bu hadisə Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın müasirləşməsinin, modernləşməsinin, ölkəmizin ən müasir texnologiyalara sahib olmaq niyyətlərinin bariz nümunəsidir.
Bu həm də Prezident İlham Əliyevin müasir, güclü və ən yeni texnologiyalara sahib olan Azərbaycan konsepsiyasının reallaşmasının tərkib hissəsidir.
Azərbaycanın
müasir, inkişaf etmiş, ən yeni və qabaqcıl
texnologiyalara yiyələnən ölkə kimi imicinin daha da
möhkəmlənməsində orbitə çıxarılan
ilk Azərbaycan peykinin müstəsna rol oynayacağına əminlik
bildirən Ə.Əhmədov demişdir ki, bu peyk ölkəmizin
texnoloji inkişafına böyük təkan verəcəkdir.
Azərbaycan.-2013.- 9 fevral.- S.7.