«Azərbaycanın
vergi sistemi: reallıqlar və perspektivlər» mövzusunda II Vergi Forumu keçirilmişdir
Forumda dövlət orqanlarının,
Milli Məclisin, Avropa İttifaqının,
Dünya Bankının,
Iqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatının (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatının,
Bakıda akkreditə olunmuş səfirliklərin,
ABŞ, Belçika və
Türkiyədən gəlmiş
tanınmış iqtisadçıların,
bankların, qeyri-hökumət
təşkilatlarının, sahibkarların ictimai birliklərinin və kütləvi informasiya vasitələrinin
nümayəndələri və
iş adamları iştirak etmişlər.
Vergilər Nazirliyinin analitik-informasiya
şöbəsindən verilən
məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə forumun ölkəmizdə vergi sisteminin müasir vəziyyəti, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti
və işgüzar dairələrlə açıq
dialoqun qurulması istiqamətində mühüm
bir addım olduğunu bildirmişdir. Forumda çıxış edən
vergilər naziri Fazil Məmmədov tədbir iştirakçılarına
tədbirin məqsədləri
barədə məlumat
verərək bildirmişdir
ki, bu ilki
forum ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində keçirilir.
Ulu öndərin rəhbərliyi
altında Azərbaycanda
vergi sisteminin strukturu, vergi sahəsində milli qanunvericilik bazası formalaşdırılmış, vergi siyasətinin əsas istiqamətləri
müəyyənləşdirilmiş, vergi inzibatçılığının
müasirləşdirilməsi istiqamətində bir sıra uğurlar əldə edilmişdir.
Vergi sistemində
həyata keçirilən
islahatlar, o cümlədən
vergi ödəyicilərinə
göstərilən elektron
xidmətlər barədə
danışan nazir vergi orqanları ilə vergi ödəyiciləri arasında
bütün proseslərin
əsasən elektronlaşdırıldığını
və sahibkarların vergi əməkdaşları
ilə ünsiyyətə
girmədən vergi öhdəliklərinin yerinə
yetirilməsi ilə bağlı bütün prosesləri həyata keçirə bildiklərini
qeyd etmişdir. Bildirmişdir ki, elektron hökumət
çərçivəsində təqdim edilən elektron xidmətlərin sayına görə Vergilər Nazirliyi öndə olan dövlət orqanıdır.
Hazırda vergi sistemi üzrə bu xidmətlərin sayı
57-yə çatdırılmışdır
ki, onların da 46-sı artıq tətbiq olunur, qalan 11 xidmətin tətbiqi ilə bağlı işlər isə başa çatmaq üzrədir.
2012-ci ilin ölkə başçısı tərəfindən
"İKT ili" elan
olunduğunu xatırladan
Fazil Məmmədov fevral ayının 8-də
Azərbaycanın ilk telekommunikasiya
peykinin kosmosa çıxarıldığını
və Prezident İlham Əliyevin bu prosesi xanımı
Mehriban Əliyeva ilə birlikdə canlı izlədiyini, peyk orbitə çıxarıldıqdan dərhal
sonra tarixi hadisə münasibətilə
Azərbaycan xalqını
təbrik etdiyini forum iştirakçılarının diqqətinə çatdırmışdır.
Nazir onu da vurğulamışdır
ki, vergi xidməti son illər əsaslı modernizasiya prosesindən keçmiş,
onun texnoloji imkanları genişləndirilmiş,
vergi inzibatçılığı
daha da təkmilləşdirilmişdir. Ölkənin
yeni inkişaf xəttinə çıxdığı
bir dönəmdə vergi orqanları qarşısında duran vəzifələrə toxunan
F.Məmmədov qeyd etmişdir ki, "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyası milli vergi sistemi üçün
də yeni hədəflər müəyyənləşdirmişdir.
Çünki dünyada baş
verən qlobal tendensiyalar və beynəlxalq inteqrasiyanın
dərinləşməsi bilik
menecmentinə əsaslanan,
texnoloji baxımdan daim təkmilləşən
bir vergi sisteminin yaradılmasını
zəruri edir.
Nazir yaxın gələcək
üçün vergi
xidmətinin əsas inkişaf istiqamətləri
kimi müasir informasiya texnologiyalarının,
elektron auditin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi,
vergi ödəyiciləri
ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin
qurulması istiqamətində
aparılan islahatları,
nağdsız ödənişlərin
stimullaşdırılması və əmək münasibətlərinin leqallaşdırılaraq
əmək müqavilələrinin
bağlanması hesabına
vergi bazasının genişləndirilməsini xüsusi
olaraq vurğulamışdır.
Forumun birinci hissəsində Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev "Azərbaycanın vergi qanunvericiliyi və onun təkmilləşdirilməsi
istiqamətləri", iqtisadi
inkişaf nazirinin müavini Sevinc Həsənova "Qeyri-neft
sektorunun inkişafı
və vergi siyasəti", Avropa İttifaqının Azərbaycandakı
nümayəndəliyinin rəhbəri
Roland Kobia "Vergi islahatları sahəsində
Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığı", İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatının (OECD) Vergi
Siyasəti və İdarəetmə Mərkəzinin
direktor müavini Grace
Perez-Navarro "Beynəlxalq vergi və rəqabətlilik",
Türkiyənin Hacettepe
Universitetinin professoru Ahmet Burçin Yereli "Vergi əməletmə xərcləri
(vergilərin psixoloji təhlili)", ABŞ-ın
Ceorgia Dövlət Universitetinin professoru Tad D.Ransofer "Transfert qiymətlərinə tələblər",
"PricewaterhouseCoopers" şirkətinin
partnyoru Mövlan Paşayev "Azərbaycanın
vergi sistemində aparılan islahatların ölkənin "Paying Taxes" reytinqində mövqeyinə
təsiri, "Holcim-Azərbaycan"
şirkətinin baş
maliyyə direktoru,
(AMCHAM) Oliver Vilke "İctimai
və özəl sektorun dialoqu vergi siyasəti təşəbbüslərinin dərinləşdirilməsi vasitəsi
kimi: biznes assosiasiyalarının rolu"
mövzularında təqdimatlarla
çıxış etmişlər.
Forumun ikinci iclasında isə vergilər nazirinin müşaviri Asəf Əsədovun "Azərbaycanda
elektron vergi sisteminin yaradılması",
Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin prezidenti
Daniel Vittin "Vergi və iqtisadi islatahtlar. Azərbaycan xalqı üçün tərəqqi", Belçikanın
"Ecomod Network" şirkətinin
prezidenti, professor Ali Bayarın
"Neft hasil edən ölkələrdə
vergitutma", "Deloitte & Touche" şirkətinin
partnyoru Nuran Kərimovun "Elektron vergi auditinin hüquqi tənzimlənməsi",
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının
eksperti Anne Paavonahonun
"ƏVD fırıldaqçılığı
ilə mübarizə",
Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə
Xidmət İdarəsinin
rəisi Elçin Məmmədovun "Könüllü
əməletmə səviyyəsinin
yüksəldilməsi vergi
ödəyicilərinə xidmətin
əsas hədəfidir",
Sahibkarlığın və
Bazar İqtisadiyyatının
İnkişafına Yardım
Fondunun sədri Sabit Bağırovun "Əmək müqavilələrinin
leqallaşmasının sosial-iqtisadi
problemləri", Milli
QHT Forumunun prezidenti Rauf Zeyninin "Azərbaycanda vətəndaş
cəmiyyətinin inkişafında
dövlət qurumları
və QHT-lərin əməkdaşlığının rolu" mövzularında
çıxışları dinlənilmişdir.
İclaslarda
müzakirə olunan məsələlər ətrafında
geniş diskussiyalar aparılmış, forum
iştirakçıları vergi qanunvericiliyi və vergi
inzibatçılığının təkmilləşdirilməsi
ilə bağlı müxtəlif təkliflərlə
çıxış etmişlər.
Rüstəm KAMAL
Azərbaycan.-2013.- 9 fevral.- S.7.