NANKOR
Əkrəm
Naibovun fəxri adlardan məhrum edilməsi
ilə bağlı sərəncamın müəllifi Azərbaycan
xalqıdır
Hər bir millətin
böyüklüyü onun mədəniyyəti ilə
ölçülür. Mədəniyyət də, ədəbiyyat
da millətin özünü dünyada təqdimat
imkanıdır. Azərbaycan mədəniyyəti Azərbaycan
torpağı qədər qədim, zəngin və
dürlüdür. Bu torpaq və onu qoruya bilən qəhrəmanlar,
onu şöhrətə mindirən ziyalılar -
yazıçılar, şairlər, filosoflar, rəssamlar,
musiqiçilər yetirib. Hələ bu torpaqdan küsən,
inciyən, ona xor baxan olmayıb! Ədəbiyyatımız
"Vətən övladımızın məskənidir",
"Vətən əcdadımızın mədfənidir"
(A.Səhhət) deyə onun altını da, üstünü
də mədh edib. A Şaiqin "Hamımız bir günəşin
zərrəsiyik", "Hamımız bir yuva pərvərdəsiyik"
sözləri YUNESKO-nun şüarı kimi qəbul olunub.
Mən
hələ dahi Nizamini, Nəsimini, Füzulini demirəm - bir
sözlə, dünya söz sənətinə işıq həm
də bizim ədəbiyyatımızdan düşüb. Bu qədim,
bu zəngin ədəbiyyatın nümayəndəsi olmaq
şərəfdir. Filosof-şair Xaqani, şeir-sənət
dahisi Şeyx Nizami, "Ənəlhəqq" deyən
sirli-sehirli Nəsimi, dünyanın möcüzəsi
Füzuli, faciəli M.F.Axundzadə, ağrı
yaddaşının tərənnümçüləri Mirzə
Cəlil və Sabir, romantik şair və filosof H.Cavid,
dünya şöhrətli C.Cabbarlı, S.Vurğun,
M.Müşfiq, R.Rza... kimi sənətkarlarla bir ədəbiyyata
xidmət etmək ən azından xoşbəxtlikdir.
Bu
gün qloballaşma adı ilə dünyanı cənginə
almış ən böyük proses müsbət bəşəri
cəhətlərlə bərabər, həm də
böyük mədəniyyətə malik qədim xalqlar
üçün ciddi problemlər yaradıb. Sərhədsiz
dünyada mədəniyyətlərin inteqrasiyası müsbət
cəhətlərlə yanaşı, narahatlıqlar da ortaya
çıxarıb.
İmperialist dövlətlər
qloballaşmadan yeni dünya nizamı (daha doğrusu, yeni
inhisarlar!) yaratmaq üçün istifadə edir, milli mədəniyyətləri
isə simasızlaşmağa sürükləyir.
Avropada
dərin iqtisadi böhlan, Şərqdə demokratiya pərdəsi
altında lokal müharibələr, istər-istəməz
milli mədəniyyətlərin müqavimət
gücünü dağıtmağı problem olaraq gündəmə
gətirir. Şərqdə müsəlman mədəniyyət
mərkəzləri dağıdılır, postmodernist
yanaşmalar ədəbiyyatda milli ideyanı, milli xarakteri
öldürür. Ümumi insan, şablon insan, "bəşəri
insan" ideyası sənətkar şəxsiyyətini
aşınmaya, deqredasiyaya uğradır. Və
başlıcası - Nobel mükafatı almağa can atan
yazıçılar güya bəşəri dəyərlər
naminə milli mentaliteti, milli dəyərləri, ənənələri
öldürən, əvəzində manqurtluğu, simitizmi təbliğ
edən əsərlər yazmağa meyil edirlər! Belə
yazıçılar adətən, qaranlıq nikahlardan
doğulan, qanı qarışıq adamlar içərisindən
çıxırlar! Sovet dövründə "sovet
xalqı" ideyasının yayılması ilə əlaqədar
biz də adamların, sənətkarların xislətinə
fikir verməmişik. Türk-müsəlman xalqlarının
düşmənləri hətta dövlətçilik səviyyəsində
böyük millətlər arasında nifaq salan bəzi
toplumlara xüsusi önəm vermiş, "parçala və
hökm sür!" siyasətini həyata keçirmək
üçün onlardan bir vasitə kimi istifadə etmişlər.
Zaman-zaman
özünün "cığal" əməlləri ilə
ortaya çıxmış Əkrəm Naibov Moskvada
çıxan "Drujba narodov" jurnalında (2012, ¹12)
"Daş yuxular" ("Kamennıe snı")
yazısını çap etdirib. Müəllif bu
yazını "roman-rekviyem" adlandırıb. Bu roman rekviyem
olmağına rekviyemdir - Ordubad rayonunun Əkrəmin
doğulduğu Əylis kəndində ölmüş ermənilərə
rekviyem, ağı kimi düşünülüb. Ancaq
miniatür povestdən də kiçik publisistik oçerki
heç vəchlə roman adlandırmaq olmaz! Nə həcminə,
nə həyat həqiqətini əhatə imkanlarına, nə
obrazlar sisteminə, nə də poetikasına görə o, nəinki
roman, heç miniatür roman da deyil!
XX əsr
Azərbaycan ədəbiyyatında yeni mərhələ olan
60-cı illər nəslinin (və nəsrinin) istedadlı
nümayəndələrindən sayılan Ə.Naibov əsasən
hekayə və povestlər müəllifi kimi tanınıb.
Orijinal üslubu ilə seçilən yazıçı
"Adamlar və ağaclar" trilogiyası ilə məşhurlaşıb...
Ahıl
yaşında "Daş yuxular"ı çap etdirənə
qədər də Əkrəm ara-sıra ermənipərəst
xislətini büruzə verirdi. O, 1970-ci illərdə həlləm-qəlləm
yazılarına və dövlət əleyhinə hətərən-pətərən
danışıqlarına görə ədəbi-ictimai
mühitdə mövqeyi laxlayanda Zaqulbadakı gənclik mərkəzində
ədəbi tədbirlərin birində və
Naxçıvanda Mirzə Cəlilin ev muzeyində həyasızcasına
yaltaqlıq nümayiş etdirib böyük insan, yazıçıların
dostu, ədəbiyyat və mədəniyyətin hamisi Heydər
Əliyevin boynuna sarıldı və bağışlandı.
Nəinki bağışlandı, sonralar xalq
yazıçısı, "Şöhrət" və
"İstiqlal" ordenləri ilə
mükafatlandırıldı. Bəs Əkrəm nə etdi?!
1980-ci illərin sonunda azərbaycanlıların əbədi
torpaqlarından - Qərbi Azərbaycandan qovulmasına, ermənilərin
Qarabağdan torpaq iddialarına cavab olaraq xalq azadlıq təşnəsi
ilə meydanlarda can vuruşdurduğu bir vaxt Ə.Naibov elə
həmin "Drujba narodov" jurnalına müsahibə verərək
öz xalqını "kirli" adlandırdı. "Ağ
dərə" povestində erməni dığasının
azərbaycanlı qızın namusuna necə təcavüz
etdiyini öz xislətinə xas məmnunluq ehtirası ilə
təsvir edərək bizi alçaltdı. "Gilənar
çiçəyinə dediklərim" və digər əsərlərində
onun Azərbaycan qadınlarına rəva gördükləri
isə artıq təəccüblü deyildi. Çünki əqidəsi
erməni əqidəsi olan, damarlarında kim bilir, bəlkə
də erməni qanı axan yazıçıdan bundan artıq
bir şey də gözləmək olmazdı!
Ədəbiyyatın
vəzifəsi mənəvi təmizlik və əxlaqi
saflığı tərənnüm etməkdir. Böyük
fransız maarifçi - filosofu J.J.Russo yazır: "O şey
ki, əxlaqi cəhətdən məqbul deyil, o, heç bir
babətdən məqbul sayıla bilməz". Əkrəmin
əsərlərində məhz əxlaq
çatışmır, mənəvi rəzalət hakimdir!
Onda şəxsiyyət əxlaqının olmadığı
bəllidir. Bəlkə də bu, faciə deyil! Faciə
burasındadır ki, Əkrəmin nə özündə, nə
də yaradıcılığında milli əxlaq, vətən
əxlaqı yoxdur! Yoxdur ona görə ki, Əkrəmin
milliyyəti və vətəni bəlli deyil!
"Daş
yuxular"a ön sözdə deyilir: "Əkrəm Əylislinin
"Daş yuxular" roman-rekviyemi sadəcə olaraq bədii
mətn deyil, bu, yazıçının - öz
xalqının şərəf və ləyaqəti naminə
acı həqiqəti deməkdən qorxmayan əsl vətənpərvərin
son dərəcə cəsarətli addımıdır. Vətən
məhəbbətinə heç kimin şübhə etməyəcəyi
həmvətənin dilə gətirdiyi bu həqiqət
lazımlı və faydalıdır. Hamı - ruslar, ermənilər,
gürcülər, serb və almanlar, ərəb və
israillilər, əzablar içində ümumi dil
axtaranların hamısı üçün
faydalıdır".
Bu, həqiqətən,
bədii mətn deyil, bir yazıçının öz
xalqına qarşı yazdığı cəfəngiyatdır,
böhtandır! Qeyd olunan sırada 20 ildən artıq erməni
işğalına məruz qalmış xalqın adı
yoxdur, çünki qələm düşmən əlində
olub!
"Daş yuxular" Əkrəmin
əvvəl-axır etdiyi acı etirafdır: o, erməni xislətini
etiraf edir! Bu cızmaqara Əylis kəndinin ta qədimdən
bu günün özünəcən erməni kəndi
olduğu Əylisli tərəfindən etirafıdır.
Bir
ermənini döyülməkdən xilas etmək istərkən
özü də döyülən aktyor Saday Sadıqlı təsadüfən
hadisə yerinə gəlmiş aktyor dostu Nuvariş
Qarabağlı tərəfindən xəstəxanaya gətirilir
və Moskvada ailəsi dağılıb Bakıya gəlmiş
professor-cərrah Fərid Fərzani tərəfindən əməliyyat
olunur. Əkrəmin yazısı insult yataq xəstəsinin
xatirə və yuxuları, dostunun, teatrın direktorunun,
arvadının və qayınanasının xatirə və
mülahizələrindən ibarətdir. Xəstəni gətirən
aktyor Nuvariş Qarabağlı deyir: "Doktor, əzizim,
doktor... öldürdülər... Günün günorta
çağı belə bir adamı döyüb məhv elədilər.
Hamısını eləyən bu yerazlardır, doktor, yerazlar.
Beş-altı yeraz gədəsi. Bu köpək
uşağı qaçqınlar heç adamlara hörmət
qoymurlar, doktor, əzizim".
Azərbaycan
xalqına nifrət ruhunda qələmə alınmış
bu "əsər"in qayəsi millətin daxilində nifaq
salmaqdan ibarətdir! Əkrəm millətə "yeraz"
adı qoyur, əylislilərdən - ermənilərdən
başqa yerdə qalanları nifrətlə təsvir edir!
Əkrəmin
qəhrəmanlarından Saday Sadıqlı da, onun məşhur
professor-psixiator qayınatası Zülfi Abasəliyev də Əylisdəndir:
"Deyirlər, vaxtilə orada çoxlu erməni
yaşayırmış. Deyəsən, onların yeddi, yaxud səkkiz
kilsəsi hələ də qalır. Görünür, həmin
ermənilər çox ağıllı, yaxşı adamlar
imiş..." Saday Sadıqlı deyir: "Ermənilər
yox, biz özümüz pisik... Doktor Abasəliyev həmin erməniləri
bərk tərifləyir. Deyir ki, belə mədəni,
vicdanlı, əməksevər adamlar dünyanın heç
bir yerində yoxdur. Mən onların söhbətini tez-tez
eşidirdim. Qayınata kürəkəni ilə Əylisdən
danışanda adam istəyir ki, düz Əylisə gedib orada
ölsün".
Bu,
torpaqlarının beşdə biri işğal olunmuş, bir
milyon övladı yurd-yuvalarından didərgin
salınmış, yüzlərlə qocası və
uşağı vəhşicəsinə qətlə
yetirilmiş, qızları əsir düşməmək
üçün özünü çayda boğmuş,
qayadan atmış, hələ də ermənilərin tövlələrində
donuzlarla birlikdə yaşayan gəlinlərinin taleyi naməlum
bir xalqın yazıçısının təqdimatıdır.
Erməni qanı daşımadan erməniyə belə rəğbət
və məhəbbət bəsləmək
qeyri-mümkündür! Halbuki ermənilər haqqında belə
deyiblər: "Mən ermənilərin məskunlaşdığı
bir çox yerləri gəzmişəm. Daim xalis ermənicə
olan bir şey duymağa çalışmışam. Təəssüf
ki, bu arzum indiyə qədər yerinə yetməmişdir"
(M.Nalbandyan); "Sən qorxaqsan, sən köləsən, sən
ermənisən" (A.S.Puşkin); "Ermənidir yer
üzünün əhriməni, insanlığın
düşmənidir, düşməni" (Sədi
Şirazi); "Erməni qul və kənizləri... habelə
Hindistanın məbədlərində xidmət edən dini rəqqasələr
ilk fahişələrdir" (F.Engels).
Ə.Əylislinin
"roman"ı sabit Azərbaycan siyasi mühitində bir detanator
vəzifəsini icra edir. Necə deyərlər, o, bir
budağa çıxıb min budağı silkələyir. Vətən
əxlaqı məcrasında, bir torpaq üstündə
yaşayan Azərbaycan xalqının övladlarını
regional mənsubiyyətə görə bir-birindən
ayırmaqla erməni dəyirmanına su tökür: "Doktoru
xüsusilə şəhərin müsəlman əhalisinin
ermənilərə qəddar münasibəti dəhşətə
salmışdı, çünki ermənilər tərəfdən
belə bir qəddarlıq görməmişdi.
-
Şeyx də naxçıvanlıdır? - deyə
açıq-aşkar qayğılanmış və
sarsılmış doktor fikirli halda soruşdu.
Sual
artisti təəccübləndirdi:
- Yox,
hardan ola bilər ki? Şeyx
lənkəranlıdır, talışdır.
Yaxşı, həlim adama oxşayır... Bəs
doktor, siz özünüz hardansınız? Soyadınıza görə, deyəsən,
iranlısınız?
- Mən
elə iranlıyam. Atam bir dəfə
axmaqlıq eləyib məni bura gətirdi. Mənim
özüm isə ondan da çox axmaqlıq eləyib Moskvadan
bura gəldim.".
Əkrəmin yaxşı qəhrəmanı, cərrah-travmotoloq
Fərid Fərzani belə düşünür. Cənubi Azərbaycanda
ata-baba torpaqlarında yaşayan 35 milyon azərbaycanlıya
iranlı adı verməklə "xalq
yazıçısı", görəsən, daha kimlərə
xidmət göstərmək istəyir?! Azərbaycanlının
öz vətəninə gəlməsi nə vaxtdan axmaqlıq
sayılıb?
Azərbaycanın
dini rəhbəri, bütün Qafqazın şeyxi
Şeyxülislam Allahşükür Paşazadə 2001-ci ildə
bir qəzet tərəfindən təhqir olunanda ulu öndər
Heydər Əliyev bəyanatla çıxış edib
demişdi: "Azərbaycan Prezidentinə müraciət edirlər
ki, Azərbaycanın dini rəhbəri Şeyxülislamı təhqir
edən qəzet cəzalansın. Mən bütün bu fikirlərlə
razıyam... Mən belə yazıların
müəlliflərinin hərəkətlərini Azərbaycanın
mənəviyyatına, Azərbaycanın dövlətçiliyinə
zidd hərəkətlər kimi qəbul edirəm. Azərbaycanın Prezidenti kimi mən bu barədə
qəti fikrimi bildirirəm. Bir də bəyan
edirəm ki, biz Azərbaycanda demokratiyanın bütün tələblərini
tətbiq etmişik və edəcəyik də. Ancaq Azərbaycanın
milli-mənəvi dəyərlərinə qarşı, Azərbaycanın
milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin
hamısının qarşısı alınacaqdır..."
Bu
baxımdan Ə.Naibovun "əsər"i mili mənliyimizi,
mili mənəviyyatımızı təhqir edən, tariximizi
saxtalaşdıran, erməni işğalına bəraət
qazandıran, bütövlükdə millətə və
dövlətə xəyanəti əks etdirən olduqca
ziyanlı bir qələm ifrazatı kimi dəyərləndirilə
bilər!
İstər-istəməz
düşünürsən: 75 yaşlı bir
yazıçının bu "əsər"i ortaya
qoymasını necə qiymətləndirmək olar? Xislətin peyda olması, yoxsa ağlın
azalması?!
Artıq qeyd etmişik ki, Əkrəmin "əsəri"
onun yaradıcılığında bir təsadüf deyil, bəlkə
də daha çox bir məntiqi yekundur. Bu sərsəm
yazı ölkədə yaradılmış demokratiyadan
sui-istifadə nümunəsidir. Mənim fikrimcə, erməni
mətbuatının əlində bayraq etdiyi bu bədnam "əsər"
uzun müddət Azərbaycan xalqını qınaq yerinə
çevirmək üçün Ə.Naibov tərəfindən
atılan bir addım, bir cəhddir. Bu yazıyla onsuz da həyasız
olan ermənilərin əlinə elə bil "fakt" verdi ki, o, gələcəkdə də həmişə
boğazımıza ilgək kimi taxılacaq.
"Daş yuxular" Azərbaycan xalqına, millətimizə
qarşı yönəlmiş mənəvi terror, antimilli
cinayətdir.
Azərbaycan yazıçısının
adını batıran, ziyalılarımıza şübhə
kölgəsi salan Ə.Naibov eyni zamanda, gələcək nəsillərin
əsl vətəndaş kimi yetişməsinə də
böyük zərbə vurmuşdur. Ümumiyyətlə,
Əkrəmin bu "əsəri" gələcəyə
hesablanmış, gələcəyi dağıtmağa
yönəlmiş təhlükə mənbəyidir. Gələcək nəsillər onu oxuyub nifrət bəsləyəcək
və bizim zəmanəmizə - Əkrəmləri
yetişdirən mühitə də "sağ ol" deməyəcəklər.
Böyük
məmnunluq hissi ilə qeyd edirəm ki, fevral ayının 7-də
Azərbaycanın müdrik Prezidenti möhtərəm
İlham Əliyev xalqın iradəsinə söykənərək
Ə.Naibovun "Xalq yazıçısı" fəxri
adından və Prezident təqaüdündən məhrum
edilməsi haqqında ədalətli sərəncamlar verdi. Bu
sərəncamlardakı hər bir cümlə, hər bir
söz, əslində, milyonların qəlbinin
hayqırtısı idi:
"...Azərbaycan
Respublikasının müstəqillik illərində dövlət
mükafatlarına layiq görülmüş Əkrəm Əylisli
(Əkrəm Nəcəf oğlu Naibov) xalqın ona göstərdiyi
yüksək etimaddan sui-istifadə edərək, son əsərində
Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri
Azərbaycan yazıçısı adına
yaraşmayan şəkildə təhrif etmişdir. Azərbaycan
xalqının antihumanist obrazını
formalaşdırmağa cəhd göstərən, onu
ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə
əsassız günahlandıran müəllifin
xalqımızın ruhuna yad tərzdə yazdığı bu
əsərdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin mahiyyəti
saxtalaşdırılaraq, uzaq və yaxın tarixi
keçmişimizə qara yaxılmış, münaqişə
nəticəsində doğma yurdlarından didərgin
düşən bir milyondan çox soydaşımızın
mənliyi təhqir edilmişdir.
Azərbaycan
Respublikasının "Xalq yazıçısı" fəxri
adını ləkələmiş bir şəxs kimi Əkrəm
Əylislinin bu addan məhrum edilməsi barədə dövlət
strukturlarının, ictimai qurumların və vətəndaşların
çoxsaylı müraciətlərini nəzərə
alaraq... qərara alıram:
Əkrəm
Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) Azərbaycan
Respublikasının "Xalq yazıçısı" fəxri
adından məhrum edilsin...
...Böhtan
dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü
şəkildə təhrif edən Əkrəm Əylislinin (Əkrəm
Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi
barədə ictimaiyyətin, o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
qaçqın və məcburi köçkünə
çevrilmiş soydaşlarımızın çoxsaylı
müraciətlərini nəzərə alaraq... qərara
alıram:
"Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 942 nömrəli sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹
6, maddə 349) 1-ci hissəsinin "Naibov Əkrəm Nəcəf
oğlu" bəndi ləğv edilsin..."
Hər
iki sərəncamda əksini tapan bu fikirlər Azərbacan
xalqının birmənalı qənaətidir!
Azərbaycan
Prezidentinin bu qərarı Azərbaycan xalqının qərarıdır!
Azərbaycan
Prezidentinin bu qərarı həm də xalqın sosial
sifarişidir!
Dünən Xətai rayonunda ağsaqqallar
şurasının konfransında iştirak edirdim. Salon
ağzınacan ağsaqqal və ağbirçəklərlə
dolu idi. Ağsaqqal və ağbirçəklər bir-bir
söz alıb möhtərəm Prezidentin məlum fərmanı
ilə bağlı
ürək sözlərini deyirdilər. Azərbaycanın, azərbaycanlıların, müqəddəs
dinimizin, əzəli torpaqlarımızın qeyrətini
çəkən və şərəfini qoruyan möhtərəm
Prezidentimizə alqış və razılıq bildirirdilər.
"Belə ağıllı, müdrik və
qeyrətli Prezidenti olan xalq heç vaxt təhqir oluna bilməz"
- deyirdilər.
Bəli,
bu, xalqın səsi idi!
Bu,
dünyanın hər üzünü görmüş
ağsaqqalların, ağbirçəklərin sözü
idi!
Bu, həqiqət
idi!
Gəlin,
Əkrəmin bioqrafik cizgilərini əks etdirən əsas qəhrəmanı
dinləyək: "Sumqayıt hadisələrindən sonra gecələrin
birində qəflətən Saday Sadıqlının qəlbində
belə bir arzu doğdu ki, Eçmiədzinə gedib katolikosun
özünün xeyir-duası ilə xiristianlığı qəbul
etsin, həmişəlik orda qalıb rahib olsun və ermənilərə
etdikləri pisliklərə görə müsəlmanları
bağışlamaq üçün Allaha yalvarsın".
Beləliklə, Ə.Naibovun bizi etmədiyimiz cinayətdə
suçlayır, həqiqətdən qorxaraq böhtana güc
verir.
İxtisasca həkim olan arvadı, məşhur psixiatr-professor
Abasəliyevin qızı Azadə əri Saday Sadıqlı
haqqında deyir: "O, hər bir bakılı erməninin
taleyinə acıyır, sanki onları hər cür pislikdən
qorumağa borcludur. Onun üçün hər
hansı erməni özündən əziz idi".
Ə.Naibov Əylis ermənilərini xüsusi bir cins
hesab edir. Mirzəli kişinin Vanq kilsəsini anbara çevirməsini
xüsusi nifrətlə təsvir edərək səhərlər
və axşamlar bu kilsənin günbəzinə düşən
işığı "Allahın təbəssümü"
adlandırır. Əksinə, müsəlman adət-ənənələrindən
danışarkən islam peyğəmbərinə
istehza edir. Aktyor Saday Sadıqlı Nardaranda kiçik toy məclisində
çıxışını belə təsvir edir:
"Qonaqlığın qızğın çağında
sözü hörmətli qonaq kimi Saday Sadıqlıya verirlər.
Ayini ələ salmağa başlayır. Sonra, ümumiyyətlə, qızışıb, əstəğfurulla,
Peyğəmbərin özünə ilişir. Deyir ki, bəyəm sizin Peyğəmbər Allahdan
ağıllıdır? İnsan bədənində
artıq nəsə vardısa, məgər Allah kordur ki, onu
görməsin? Necə olur ki, Allah üz,
göz, burun, qulaq yaradıb hər şeyi düz edir, lənət
şeytana, bu yerə çatanda isə məktəbli kimi birdən-birə
səhv edir? Kim sizin Peyğəmbərə
əmr edib ki, Allahın səhvini düzəltsin?"
Ə.Naibov Əylisi xüsusi nastolji ilə təsvir
edir. Ermənicə "monastır" mənasını
ifadə edən Vanq kilsəsini, əslində, mənası
Astvasadun (ermənicə "Allahın evi") olan
İstazın kilsəsini xüsusi məhəbbətlə təqdim
edir. Əylis ermənilərinin "Məkkə-Mədinə"si
olmuş 12 kilsənin qalıqlarını axtarır. Məlum
olur ki, guya Əylis müsəlmanları zəbt etdikləri
erməni evlərində yaşayırlar, guya elə buna
görə də "erməni evi zəbt etmiş hər bir Əylis
ailəsində psixi xəstələr var... Məncə,
bu, xəstəlik deyil, cəzadır. Bağışlanmaz
davranışa görə Allahın nazil etdiyi cəza".
Əkrəmə görə, Əylisdə ermənilərə
zorakılıq tətbiq etməklə öz şəraitini
yaxşılaşdıran heç kəs bu vaxtadək
rahatlıq tapmamışdır. Və onun nifrətlə
təsvir etdiyi ən amansız hadisə türk komandanı
Atif bəyin Əylisdə erməniləri qırması
imiş. Əkrəm Türkiyəyə və türklərə
nifrət yaratmaq üçün yazır: "Bir həftə
bütün arxlardan qanla qızarmış su axdı".
"Əsər"də
Əylisin tarixini danışan həkim-psixiatr Abasəliyev
"Əylis - Allahın min adından biridir" qənaətinə
gəlir. Abasəliyevin kimliyi onun Əylisdəki
qonşusunun bağından tapılmış çənə
sümüyünə bağlanmış yazıdan məlum
olur: "Bu mənəm, erməni casusu Zülfi Abasəliyevin
doğma qardaşı keşiş Mkrtıç".
Heç
demə, Əylisdə iki ləyaqətli qadın
varmış: biri yetim Camalın bit basmış
başını yuyan Haykanuş, biri də Türkiyədə
təhsil almış Mirzə Vahaba ərə gedib müsəlmanlığı
qəbul etmiş Aniko, əylislilərin təbirincə,
Anık. Qalanlar isə axsaq Çimnazlardan, Cinni
Səkinələrdən ibarətdir. Yəni, Əylisdə
ermənilərdən başqa bir nəfər də normal adam yox imiş! Aniko ermənilərin
qırğına verildiyi evdə yaşayır və hər
öldürülən erməninin əvəzinə bir
gül əkir. Bu "məğrur qadın"ı Əkrəm
Əylisli yaddaşlarda belə saxlayır: "Aniko Sadayın
yadında təkcə gözəl insan və qadın kimi yox,
həm də evləri, kilsələri, dağları,
yolları, ağacları, çayları və bulaqları ilə
bütün Əylisin hopduğu hansısa xüsusi şux səs,
açılan sabahın gursəsli
müjdəçisi kimi qalmışdı. Çünki
Aniko həmişə sübh çağı yuxudan durur,
hündür şüşəbəndində bərkdən
oxuyur, sanki bütün Əylis müsəlmanlarına car
çəkirdi ki, Əylisdə hələ də erməni səsi
yaşayır və səslənir... Bu,
heç şübhəsiz, əsrlərin dərinliklərindən
gələn səs, Əylisin əsl sahibinin səsi idi!"
Bu sətirləri
oxuyur və düşünürəm: əcəba, ermənilərə
bu qədər böyük məhəbbət haradandır Əkrəm
Naibovda? Niyə bu vaxta qədər onu
tanımamışıq? Onun qəhrəmanları,
xüsusilə, Saday Sadıqlı da onun özü kimi
psixoloji cəhətdən xəstə adamlardır. Qayınatası, psixiatr Zülfi Abasəliyev ona
kriptomneziya, yəni, uşaq aləminə qayıtma diaqnozu
qoyur. Bu aləmdə Saday
Sadıqlının yaddaşına Vanq kilsəsində
xaç çəkməsi düşür. Və onun fikrincə, ermənilər əsl Allah
adamlarıdır.
Əkrəm Naibov əlindən fəxri adlar,
mükafatlar aldığı dövlət
başçılarına da şərti olaraq xüsusi bir
nifrət və istehza ilə yanaşır. Ə.Elçibəyi
çayxana adamı hesab edir, böyük insan, ümummilli
lider haqqında da əsassız fikirlər söyləyir.
Əkrəm nəinki Azərbaycan milli-ictimai mühitini,
xalqın mentalitetini, dövlət rəhbərlərini və
müqəddəsləri təhqir etməklə kifayətlənmir,
hətta yazıçıya yaraşmayan, qələmi
nüfuzdan salan iyrənc söyüşlər işlətməkdən
belə çəkinmir. Saday Sadıqlı yeni hakimiyyətdən vəzifə
almış uşaqlıq yoldaşı Ziyadxan Babaxanlı
haqqında deyir: "Nə abrı var, nə həyası.
Gör hakimiyyət hərisliyi insanın başına nə gətirir!
Bu... (Əkrəm xislətini tam ifadə edən
bu sözü - ad və soyadı tərcümə etmədim
- H.M.) balaca vətənini şərləmək
üçün bütöv bir seçmə yalan cəbbəxanası
tapdı, amma kirvəsini ovundurmaq üçün bir söz
tapa bilmədi".
Əlbəttə, demokratiya, söz azadlığı
qiymətli mənəvi sərvətdir. Lakin bu sətirlərə
heç vəchlə ədəbi demokratiya adı vermək
olmaz. Bu ifadələr Əkrəm Naibovun
mənəvi deformasiyaya uğradığını, əxlaqi
cəhətdən pozulduğunu nümayiş etdirir.
Əkrəmin "Daş yuxular"ı
başdan-başa ucuz erməni təəssübkeşliyi ilə
yazılıb.
Ermənilərə ifrat dərəcəyə
çatan rəğbət və məhəbbət, müsəlmanlara,
xüsusilə, türklərə patoloji nifrət bü "əsər"in
məğzini müəyyənləşdirir. Əyanilik
üçün daha bir səciyyəvi parçaya nəzər
salaq: "O vaxtlar Əylisdə Allah kimi adamlar
yaşayırdı. Bu ermənilər, həm sənətkarlar,
həm də ticarətçilər yüzlərlə yad
şəhər və kəndləri gəzib-dolaşır,
yalnız balaca Əylis torpağının hər
qarışını əsl cənnətməkana çevirmək
üçün qəpik-qəpik pul qazanırdılar. On doqquzuncu ildə türklər Əylisi xaraba qoyub
gedəndən sonra müsəlman əhalisi hələ də
erməni evlərinin xarabalıqlarında qızıl
axtarırlar".
Erməniləri
Allaha bərabər tutan bu başabəla Azərbaycan
yazıçısı bu sətirləri, ümumən
"Daş yuxular"ı yazarkən, görəsən, ermənilərin
1905-ci, 1918-ci, 1948-ci, 1988-1993-cü illərdə Bakıda,
Qubada, Şamaxıda, Lənkəranda, Qərbi Azərbaycanda,
Xocalıda, bütün Qarabağda azərbaycanlıların
başına gətirdikləri amansız işlərdən,
soyqırımılardan, çətin anlardan xəbəri
vardırmı? Əlbəttə, var! Fəqət,
bu barədə düşünmək belə ona sərf etmir.
Onun məqsədi əbədi düşmənlərimizi
- erməniləri gözəl, humanist, zəhmətkeş,
böyük sənətkar kimi qələmə vermək, hətta
Allaha bərabər tutmaqdır. O, şəksiz-şübhəsiz
erməni kəndi adlandırdığı Əylisin
timsalında Naxçıvanı da, Qarabağı da, Oğuz
və Qəbələni də, bütövlükdə Azərbaycan
torpaqlarını şübhə altında qoyur, hətta
alban dövlətinin mövcudluğunu belə, inkar etməkdən
çəkinmir.
Əkrəm Naibovun "Daş yuxular"ının Azərbaycan
ədəbiyyatına, onun müəllifinin Azərbaycan
xalqına heç bir dəxli yoxdur. Onun milli mənəviyyatımıza,
şəhidlərimizin qanı ilə suvarılan
torpaqlarımıza, bütövlükdə vətənimizə
vurduğu zərbələr hələ gələcəyə
hesablanır.
Bu yazı bir yazıçı, ziyalı və vətəndaş
kimi mənim qəlbimin səsidir. "Xəcalət"
povestinin müəllifi kimi, mən Əkrəm Naibova görə
bir daha xəcalət hissi keçirdim. Qoy qadir Allah bizi
düşmən ayağına atanların, düşmən
qarşısında xəcalətli edənlərin cəzasını
versin!..
Ədəbiyyat xalqın mənəvi
yaddaşıdır. Yazıçı bu yaddaşın kodunu
açan, onu bu gün və gələcək
üçün şərh edən müdrik insandır.
İslam dininin qəbulundan sonra xalq yazıya
xüsusi inam və ehtiramla yanaşır. Çünki
yazı deyiləndə, kitab deyiləndə biz ilk növbədə,
müqəddəs "Quran"ı nəzərdə
tutmuşuq. Ona görə bizdə bədii
ədəbiyyat da böyük hörmətə layiq olub.
Ədəbiyyat vasitəsilə xalqımız
öz böyük arzularını, qəhrəmanlarını,
mili adət-ənənələrimizi gələcək nəsillərə
ötürüb, dünyaya təqdim edib. Əlbəttə,
Naibovun cəfəngiyat əsərinin belə yazılara
heç bir aidiyyəti yoxdur! Erməni əsirliyində inləyənlərin
naləsi, şəhidlərimizin ruhu onu tutacaq! Mütləq
tutacaq!..
Əkrəm
və onun kimi naxələflər unutmasınlar ki, Azərbaycan
xalqı sahibsiz deyil!..
Bütün
Azərbaycan ziyalıları, xalqımızın hər bir təəssübkeş
üzvü möhtərəm Prezidentimiz İlham Əliyevin
tarixi sərəncamını ürəkdən dəstəkləyir!
Hər kəs
öz layiqli qiymətini almalıdır!
"Azərbaycanın
xalq yazıçısı" adını daşımaq
şərəfini artıq çoxdandır itirən Əkrəm
Naibov ümumiyyətlə, Azərbaycan vətəndaşı
kimi mənəvi missiyasına da xəyanət edib!
Azərbaycan
xalqı onu təhqir edən, ermənilərin ayağına
verən bu nankoru artıq "azərbaycanlı" kimi də
qəbul etmir!
Əkrəm
Naibov, xəyanətin nəticəsində Azərbaycan
yalnız səndən imtina elədi, sən isə 60 milyon azərbaycanlını
itirdin!
Bütün
müqəddəs, ülvi, səmimi, milli və bəşəri
dəyərləri itirdiyin kimi!..
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-dramaturq
Azərbaycan.-2013.- 9 fevral.- S.8.