YAP Gənclər Birliyi
tərəfindən yaradılmış «Xarici
siyasət klubu»nun
təqdimat mərasimi keçirilmişdir
Yeni
Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi tərəfindən
yaradılmış "Xarici siyasət klubu"nun (Foreign
Policy Club) təqdimat mərasimi keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbirdə iştirak edən Yeni Azərbaycan
Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin
deputatı Əli Əhmədov çıxış edərək
əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş siyasi-iqtisadi inkişaf strategiyasının Prezident
İlham Əliyevin rəhbərliyi altında uğurla və
layiqincə davam etdirildiyini, həyata keçirilən
irimiqyaslı layihələr nəticəsində ölkə
iqtisadiyyatının sürətlə inkişaf etdiyini, Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun günbəgün
artdığını diqqətə
çatdırmışdır.
Ə.Əhmədov
qeyd etmişdir ki, bu gün Azərbaycan artıq beynəlxalq
arenada mövqeyini formalaşdırmaqdadır. Odur ki, fəal gəncliyimiz Azərbaycanın xarici siyasətini,
eyni zamanda dünyada baş verən siyasi, iqtisadi prosesləri
dərindən izləməyi bacarmalıdırlar.
Əli
Əhmədov vurğulamışdır ki, YAP-ın fəal,
geniş dünya görüşünə malik, ictimai siyasi
prosesləri təhlil etməyi bacaran və sağlam
düşüncə tərzinə sahib olan gənclərinin bu cür layihələr
təşkil etməsi əhəmiyyətli və gəncliyimiz
üçün çox
faydalıdır.
Daha
sonra çıxış edən YAP Gənclər Birliyi sədrinin
müavini Ramin Məmmədov
"Xarici siyasət klubu" haqqında geniş məlumat
vermişdir.
Bildirilmişdir
ki, klubun yaradılması partiyanın xarici əməkdaşlığının
gücləndirilməsinə xidmət edəcəkdir.
YAP-ın geniş xarici əlaqələrə malik olduğunu
deyən R.Məmmədov vurğulamışdır ki, klubun
yaradılmasında məqsəd bu əlaqələrin daha
da genişləndirilməsində
və inkişaf etdirilməsində gənclərin aktivliyini
artırmaqdır.
R.Məmmədov
klubda xarici əməkdaşlarla birbaşa təmasların
qurulacağını, həmçinin mütəxəssislərin
daxili və xarici siyasətlə bağlı mühazirələrinin
dinləniləcəyini diqqətə
çatdırmışdır.
Azərbaycan.-2013.- 9 fevral.- S.11.