Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq  qərara alır:

Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində bu qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq aşağıdakı dəyişikliklər edilsin:

1. Daşkəsən rayonu üzrə:

1.1.  Bayan kənd inzibati ərazi dairəsi tərkibindəki Bayan kəndinin ərazisindən 11,57 ha (bundan dövlət mülkiyyətində olan 0,8 ha, bələdiyyə mülkiyyətində olan  2,57 ha və xüsusi mülkiyyətdə olan 8,2 ha);

1.2.  Kəmərqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Kəmərqaya kəndinin ərazisindən 24,65 ha (bundan dövlət mülkiyyətində olan 3,8 ha, bələdiyyə mülkiyyətində olan 4,25 ha və xüsusi mülkiyyətdə olan 16,6 ha);

1.3.  Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçu kəndinin ərazisindən 56,07 ha (bundan dövlət mülkiyyətində olan 2,5 ha, bələdiyyə mülkiyyətində olan 10,0 ha və xüsusi mülkiyyətdə olan 43,57 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilsin.

2. Goranboy rayonunun Nizami kənd inzibati ərazi dairəsi tərkibindəki Nizami kəndinin ərazisindən 44,6 ha (bundan dövlət mülkiyyətində olan 12,78 ha, bələdiyyə mülkiyyətində olan 2,81 ha və xüsusi mülkiyyətdə olan 29,01 ha) torpaq sahəsi Gəncə şəhər Kəpəz rayonunun inzibati ərazisinə verilsin.

3. Göygöl rayonu üzrə:

3.1.  Əlimədədli kənd inzibati ərazi dairəsi tərkibindəki Əlimədədli kəndinin ərazisindən 20,67 ha (bundan dövlət mülkiyyətində olan 19,65 ha və bələdiyyə mülkiyyətində olan 1,02 ha) torpaq sahəsi Gəncə şəhər Kəpəz rayonunun inzibati ərazisinə verilsin;

3.2.  Hacıməlik qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Hacıməlik qəsəbəsinin ərazisindən 145,71 ha (bundan dövlət mülkiyyətində olan 76,38 ha, bələdiyyə mülkiyyətində olan 17,92 ha və xüsusi mülkiyyətdə olan 51,41 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilsin;

3.3.  Hacıməlik qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Hacıməlik qəsəbəsinin ərazisindən 16,14 ha (bundan dövlət mülkiyyətində olan 5,95 ha, bələdiyyə mülkiyyətində olan 7,89 ha və xüsusi mülkiyyətdə olan 2,3 ha) torpaq sahəsi Gəncə şəhər Kəpəz rayonunun inzibati ərazisinə verilsin;

3.4.  Qızılqaya qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qızılqaya qəsəbəsinin ərazisindən 33,2 ha (bundan dövlət mülkiyyətində olan 18,71 ha, bələdiyyə mülkiyyətində olan 2,51 ha və xüsusi mülkiyyətdə olan 11,98 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilsin;

3.5.  Quşqara kənd inzibati ərazi dairəsi tərkibindəki Quşqara kəndinin ərazisindən 450,24 ha (bundan dövlət mülkiyyətində olan 270,53 ha, bələdiyyə mülkiyyətində olan 151,87 ha və xüsusi mülkiyyətdə olan 27,84 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilsin;

3.6.  Quşqara kənd inzibati ərazi dairəsi tərkibindəki Quşqara kəndinin ərazisindən 101,94 ha (bundan dövlət mülkiyyətində olan 7,87 ha, bələdiyyə mülkiyyətində olan 1,52 ha və xüsusi mülkiyyətdə olan 92,55 ha) torpaq sahəsi Gəncə şəhər Kəpəz rayonunun inzibati ərazisinə verilsin;

3.7.  Üçtəpə kənd inzibati ərazi dairəsi tərkibindəki Üçtəpə kəndinin ərazisindən 12,04 ha (bundan bələdiyyə mülkiyyətində olan 2,27 ha və xüsusi mülkiyyətdə olan 9,77 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilsin;

3.8.  rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan 81 ha torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilsin;

3.9.  rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan 1039,02 ha torpaq sahəsi Gəncə şəhər Kəpəz rayonunun inzibati ərazisinə verilsin.

4. Samux rayonu üzrə:

4.1. İnstitut qəsəbə inzibati ərazi dairəsi tərkibindəki İnstitut qəsəbəsinin ərazisindən 76,45 ha (bundan dövlət mülkiyyətində olan 15,68 ha, bələdiyyə mülkiyyətində olan 11,66 ha və xüsusi mülkiyyətdə olan 49,11 ha);

4.2. İnstitut qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Bağbanlar kəndinin ərazisindən 25 ha (bundan dövlət mülkiyyətində olan 4,67 ha, bələdiyyə mülkiyyətində olan 1,76 ha və xüsusi mülkiyyətdə olan 18,57 ha);

4.3.  Sərkar kənd inzibati ərazi dairəsi tərkibindəki Sərkar kəndinin ərazisindən 60,36 ha (bundan dövlət mülkiyyətində olan 3,04 ha, bələdiyyə mülkiyyətində olan 2,3 ha və xüsusi mülkiyyətdə olan 55,02 ha);

4.4.  Zazalı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatlı kəndinin ərazisindən 402,31 ha (bundan dövlət mülkiyyətində olan 79,58 ha, bələdiyyə mülkiyyətində olan 58,39 ha və xüsusi mülkiyyətdə olan 264,34 ha);

4.5.  rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan 93,12 ha torpaq sahəsi Gəncə şəhər Kəpəz rayonunun inzibati ərazisinə verilsin.

5. Gəncə şəhəri üzrə:

5.1. Gəncə şəhər Nizami rayonunun inzibati ərazisindən 1,09 ha (bundan dövlət mülkiyyətində olan 0,79 ha və xüsusi mülkiyyətdə olan 0,3 ha) torpaq sahəsi Göygöl rayonunun Üçtəpə kənd inzibati ərazi dairəsi tərkibindəki Üçtəpə kəndinin inzibati ərazisinə verilsin;

5.2.  Gəncə şəhər Kəpəz rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 3,29 ha torpaq sahəsi Samux şəhər inzibati ərazi dairəsi tərkibindəki Samux şəhərinin inzibati ərazisinə verilsin.

 

 

İlham ƏLİYEV,            

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2012-ci il

 

Azərbaycan.-2013.- 10 fevral.- S.1.