«Xüsusi iqtisadi zonalar haqqında»
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci
və 26-cı bəndlərini rəhbər tutaraq,
"Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan
Respublikasının Qanununu Azərbaycan Respublikasının
Gömrük Məcəlləsinə uyğunlaşdırmaq
məqsədi ilə qərara alır:
"Xüsusi
iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009, ¹6, maddə 396) 17.10-cu maddəsinin birinci cümləsindən
"və sərbəst anbarlar" sözləri, ikinci
cümləsindən "və sərbəst
anbarların" sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28 dekabr
2012-ci il
Azərbaycan.-2013.- 10 fevral.- S.1.