«Məhkəmələr və hakimlər
haqqında» Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini
rəhbər tutaraq qərara alır:
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 413; 1999-cu il, ¹ 5, maddə 284, ¹ 7, maddə 396, ¹ 10, maddə 570; 2001-ci il, ¹ 5, maddə 292, ¹ 6, maddə 379, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 4, ¹ 12, maddə 706; 2003-cü il, ¹ 6, maddə 278; 2004-cü il,
¹ 2,
maddə 57, ¹ 3, maddə 133, ¹ 4, maddə 199, ¹ 8, maddələr
597, 598, ¹ 9, maddə 669; 2005-ci il, ¹ 1, maddə 7, ¹ 8, maddə
686; 2006-cı il, ¹ 1, maddə 4, ¹ 12, maddə 1005; 2007-ci il, ¹
5, maddələr 439, 446, ¹ 7, maddə 712, ¹ 11, maddə 1078, ¹
12, maddə 1222; 2008-ci il, ¹ 3, maddə 163, ¹ 7, maddə 609;
2009-cu il, ¹ 2, maddə 46, ¹ 11, maddə 878; 2010-cu il, ¹ 7, maddə
596, ¹ 10, maddə 842) aşağıdakı dəyişikliklər
edilsin:
1.
93-1-ci maddənin birinci hissəsində "təşkilinin"
sözündən sonra "və hakimlərin müstəqilliyinin"
sözləri əlavə edilsin;
2.
Aşağıdakı məzmunda 97-1-ci maddə əlavə
edilsin:
"97-1. Hakimlərin ezam edilməsi
Hakimlər öz razılığı ilə Məhkəmə-Hüquq Şurasının qərarına əsasən 2 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına, habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinci və apelyasiya instansiyası məhkəmələrində bu qanunun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma ezam edilə bilərlər. Zərurət olduqda bu müddət ezam edilmiş hakimin razılığı ilə yenidən 2 ilədək uzadıla bilər.
Məhkəmə-Hüquq Şurasının Aparatına və ya müvafiq icra hakimiyyəti orqanına ezam edilmiş hakimin hakimlik stajı davam edir, hakimlərin statusundan irəli gələn maddi və sosial təminatları və imtiyazları saxlanılır.
Ezam edilmiş hakim özünün və ya ezam edildiyi qurumun təşəbbüsü ilə Məhkəmə-Hüquq Şurasının qərarı ilə əvvəl işlədiyi vəzifəyə qaytarılır.";
3. 114-cü maddədə:
3.1. üçüncü hissədən "1-ci və" sözləri çıxarılsın;
3.2.
dördüncü hissədə "3-5-ci bəndlərində"
sözlərindən əvvəl "1-ci və" sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 21 dekabr
2012-ci il
Azərbaycan.-2013.- 10 fevral.- S.1.