Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və
6-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8,
(II kitab), maddə 585; 2001, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 9,
¹ 5, maddə 233, ¹ 8, maddə 463; 2003, ¹ 6, maddə 276; 2004, ¹ 5,
maddə 321, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə 761,
¹ 11, maddə 890; 2005, ¹ 1, maddə 4, ¹ 4, maddə 278, ¹ 6, maddə
462, ¹ 8, maddə 686, ¹ 10, maddə 874, ¹ 12, maddə 1079; 2006, ¹
1, maddə 3, ¹ 2, maddə 64, ¹ 5, maddə 390, ¹ 10, maddə 847,
¹ 11, maddə 929, ¹ 12, maddə 1032; 2007, ¹ 2, maddələr 65,
68, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə 756, ¹ 11, maddə
1049, ¹ 12, maddə 1221; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddələr
606, 607, ¹ 12, maddələr 1045, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7,
maddə 517, ¹ 12, maddə 966; 2010, ¹ 3, maddələr 171, 173,
178, ¹ 7, maddə 593, ¹ 12, maddə 1058; 2011, ¹ 6, maddə 480, ¹
7, maddələr 589, 599; 2012, ¹ 7, maddə 674)
aşağıdakı dəyişikliklər edilsin:
1.
41.2-ci maddədə ", o cümlədən
ölmüş şəxsin yaxın qohumlarının və
müdafiəçisinin" sözləri ", habelə
ölmüş təqsirləndirilən (şübhəli)
şəxsin və ya cinayət qanunu ilə nəzərdə
tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən
(şübhəli) şəxs qismində tanınanadək
ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis
müəyyən edilmədiyi, o cümlədən bu məcəllənin
106-1.4-cü maddəsində nəzərdə tutulmuş
hallarda müdafiəçinin" sözləri ilə əvəz
edilsin.
2.
43.3-cü maddədən "39.1.5," rəqəmləri
çıxarılsın.
3.
Aşağıdakı məzmunda 43.3-1-ci maddə əlavə
edilsin:
"43.3-1.
Məhkəmə baxışının gedişində cinayət
təqibinə bu məcəllənin 39.1.5-ci maddəsində
nəzərdə tutulmuş halda xitam verilməsinə
ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis
müəyyən edilmədiyi, o cümlədən bu məcəllənin
106-1.4-cü maddəsində nəzərdə tutulmuş
hallarda müdafiəçisinin razılığı ilə
yol verilir.".
4.
Aşağıdakı məzmunda 44.2.1-1-ci maddə əlavə
edilsin:
"44.2.1-1.
bu məcəllənin 39.1.5-ci maddəsində nəzərdə
tutulmuş halda - ölmüş təqsirləndirilən
(şübhəli) şəxsə və ya cinayət qanunu ilə
nəzərdə tutulmuş əməli törətmiş,
lakin təqsirləndirilən (şübhəli) şəxs
qismində tanınanadək ölmüş şəxsə cəza
təyin etməməklə;".
5.
92.3.13-cü maddənin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 92.3.14-cü və
92.3.15-ci maddələr əlavə edilsin:
"92.3.14.
ölmüş təqsirləndirilən (şübhəli)
şəxsin və ya cinayət qanunu ilə nəzərdə
tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən
(şübhəli) şəxs qismində tanınanadək
ölmüş şəxsin hüquqi varisi müəyyən
edilmədikdə;
92.3.15.
ölmüş təqsirləndirilən (şübhəli)
şəxsin və ya cinayət qanunu ilə nəzərdə
tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən
(şübhəli) şəxs qismində tanınanadək
ölmüş şəxsin yaxın qohumu bu məcəllənin
106-1.4-cü maddəsində nəzərdə
tutulmuş müddət ərzində onun hüquqi varis qismində
tanınması barədə müvafiq istəyini bildirmədikdə.".
6.
93.4.13-cü maddədə "şikayət" sözü
"apelyasiya, kassasiya və əlavə kassasiya şikayəti"
sözləri ilə əvəz edilsin.
7.
Aşağıdakı məzmunda 106-1-ci maddə əlavə
edilsin:
"Maddə
106-1. Təqsirləndirilən (şübhəli) şəxsin
hüquqi varisi
106-1.1.
Ölmüş təqsirləndirilən (şübhəli)
şəxsin hüquq və vəzifələrini cinayət
işi üzrə icraat zamanı həyata keçirmək istəyini
bildirən yaxın qohumlarından biri təqsirləndirilən
(şübhəli) şəxsin hüquqi varisi hesab olunur.
Şəxs təqsirləndirilən (şübhəli) şəxs
qismində tanınanadək ölmüşdürsə, onun
yaxın qohumlarının da həmin şəxsin hüquqi
varisi qismində tanınmaq hüququ vardır və bu məcəllənin
təqsirləndirilən (şübhəli) şəxsin
hüquqi varisi ilə bağlı müddəaları onlara da
şamil olunur.
106-1.2.
Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin
törədilməsində iştirakı olan, yaxud həmin əməllə
mənəvi, fiziki və ya maddi ziyan vurulmuş yaxın qohum
ölmüş şəxsin hüquqi varisi hesab edilə bilməz.
106-1.3.
Cinayət prosesini həyata keçirən orqan bu məcəllənin
106-1.1-ci maddəsində göstərilən şəxsin
öldüyü vaxtdan 3 (üç) gün müddətində
onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində
tanınmaq istəyinin olub-olmaması barədə
yazılı bildiriş göndərir və ya təqdim edir.
Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar
cinayət təqibinə bu məcəllənin 39.1.5-ci maddəsinə
əsasən xitam verilməsinin bəraətverici əsas hesab
edilmədiyi barədə müvafiq izah da verilir.
Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə
xitam verilənədək və ya bu məcəllənin
282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda
müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində
tanınması barədə qərar qəbul edilir.
106-1.4.
Ölmüş şəxs barəsində cinayət təqibinə
bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında
qərar bu məcəllənin 106-1.3-cü maddəsində nəzərdə
tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi
gündən 20 (iyirmi) gün sonra çıxarılır.
Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində
onun hüquqi varis qismində tanınması barədə
müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə
bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında
qərarın çıxarılması üçün
müdafiəçinin razılığı tələb
olunur. Cinayət təqibinə bəraətverici əsaslar
olmadan xitam verilməsi haqqında qərarın surəti bu məcəllənin
281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət
işinin materialları ilə tanış olmaq hüququ və
həmin qərardan şikayət etmək qaydası izah edilməklə,
ölmüş şəxsin yaxın qohumlarına göndərilir
və ya təqdim edilir.
106-1.5.
Təqsirləndirilən (şübhəli) şəxsin
hüquqi varisi qismində tanınması barədə
müraciət etmiş bir neçə yaxın qohum
arasından hüquqi varisin seçilməsində mübahisə
olduqda, həmin məsələni məhkəmə həll
edir. Müraciət edilən anda şəxsin təqsirləndirilən
(şübhəli) şəxsin hüquqi varisi qismində
tanınması üçün kifayət qədər əsaslar
olmadıqda, müvafiq qərar belə əsaslar müəyyən
edildikdən dərhal sonra qəbul edilir.
106-1.6.
Şəxs təqsirləndirilən (şübhəli) şəxsin
hüquqi varisi kimi tanındıqdan sonra onun həmin qisimdə
qalması üçün əsasların olmadığı
müəyyən edildikdə, cinayət prosesini həyata
keçirən orqan əsaslandırılmış qərarı
ilə bu şəxsin cinayət prosesində təqsirləndirilən
(şübhəli) şəxsin hüquqi varisi kimi
iştirakına xitam verir. Təqsirləndirilən
(şübhəli) şəxsin hüquqi varisi cinayət
işi üzrə icraatın hər hansı anında
müvafiq səlahiyyətləri öz üzərindən
götürə bilər.
106-1.7.
Təqsirləndirilən (şübhəli) şəxsin
hüquqi varisi cinayət təqibi üzrə icraatda
ölmüş şəxsin əvəzinə iştirak edir.
Bu zaman o, təqsirləndirilən şəxsin ifadə vermək
hüququndan və şəxsiyyətin ayrılmaz
hüquqları və bu məcəllənin 91.8.2-91.8.5-ci maddələrində
nəzərdə tutulmuş vəzifələri istisna olmaqla,
digər hüquqlardan istifadə edir və vəzifələrini
yerinə yetirir.
106-1.8.
Təqsirləndirilən (şübhəli) şəxsin
hüquqi varisinin aşağıdakılara hüququ yoxdur:
106-1.8.1.
ölmüş şəxsin ittiham olunduğu əməlin
törədilməsində onun təqsirini etiraf etmək;
106-1.8.2.
təqsirləndirilən (şübhəli) şəxsin
verdiyi şikayətdən imtina etmək.
106-1.9.
Təqsirləndirilən (şübhəli) şəxsin
hüquqi varisi şahid qismində dindirilə bilər.".
8.
119.4-cü maddənin birinci cümləsi
aşağıdakı redaksiyada verilsin:
"119.4.
Ölmüş təqsirləndirilən (şübhəli)
şəxsin və ya cinayət qanunu ilə nəzərdə
tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən
(şübhəli) şəxs qismində tanınanadək
ölmüş şəxsin, habelə hadisə nəticəsində
ölmüş zərərçəkmiş şəxsin
yaxın qohumu özünün hüquqi varis qismində
tanınmasını tələb edə bilər.".
9.
281.1-ci maddədə "nümayəndələrinə"
sözündən sonra ",
yaxud ölmüş təqsirləndirilən (şübhəli)
şəxsin və ya cinayət qanunu ilə nəzərdə
tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən
(şübhəli) şəxs qismində tanınanadək
ölmüş şəxsin yaxın qohumlarına"
sözləri əlavə edilsin.
10.
Aşağıdakı məzmunda 282.1-1-ci maddə əlavə
edilsin:
"282.1-1.
Bu məcəllənin 41.2-ci və 43.3-1-ci maddələrində
nəzərdə tutulmuş hallarda ölmüş şəxsin
müdafiəçisinin razılığı ilə cinayət
təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi
haqqında qərar qəbul edildiyi təqdirdə, onun
yaxın qohumu bu qərarın surətini aldığı
vaxtdan 10 (on) gün müddətində ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurora, yuxarı prokurora və ya məhkəmə nəzarətini
həyata keçirən məhkəməyə həmin qərardan
şikayət etmək hüququna malikdir. Belə şikayət
verildikdə, cinayət təqibinə bəraətverici əsaslar
olmadan xitam verilməsi haqqında qərar ləğv edilir,
cinayət təqibi üzrə icraat təzələnir,
şikayət vermiş yaxın qohum ölmüş şəxsin
hüquqi varisi qismində tanınır və icraat bu məcəllə
ilə müəyyən edilmiş qaydada davam etdirilir.".
11.
383.1.5-ci maddədə "tərəfindən birinci instansiya
məhkəməsində irəli sürülmüş tələblər
daxilində" sözləri çıxarılsın.
12.
409.4-cü maddənin ikinci cümləsi
çıxarılsın.
13.
422.3-cü maddədə "mülki iddiaçı"
sözlərindən sonra
",
mülki cavabdeh" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 dekabr
2012-ci il
Azərbaycan.-2013.- 10 fevral.- S.2.