Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci
və 25-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan
Respublikasının Vergi Məcəlləsini Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinə
uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan
Respublikasının Vergi Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, №8, I kitab, maddə
583; 2001, №7, maddə 454, №9, maddə 576, №12, maddə 734; 2002,
№5, maddə 249, №12, maddə 707; 2003, №8, maddə 425, №12, I
kitab, maddə 671; 2004, №1, maddə 1, №11, maddə 887, №12, maddə
980; 2005, №2, maddə 61, №8, maddə 688, №12, maddə 1081; 2006,
№12, maddələr 1005, 1026; 2007, №1, maddə 4, №6, maddə 597,
№8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7,
maddə 602, № 11, maddə 960; 2009, №7, maddə 506; 2011, № 1, maddə
14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, №6, maddələr
500, 513, №7, maddə 652; №9, maddə 841) aşağıdakı
dəyişikliklər edilsin:
1.
188.1.3-cü maddədə "təkrar ixrac üçün
nəzərdə tutulan mallar istisna edilməklə,"
sözləri " Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
192-ci və 194-cü maddələrində nəzərdə
tutulmuş hallarda" sözləri ilə əvəz edilsin.
2.
188.1.4-cü maddə ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr
2012-ci il
Azərbaycan.-2013.- 10 fevral.- S.4.