«Gömrük
orqanlarında xidmət haqqında Əsasnamə»nin təsdiq
edilməsi barədə» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında»
Azərbaycan Respublikasının 2012-ci il
28 dekabr tarixli 529-IVQD
nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 28 dekabr tarixli 529-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
Müəyyən
edilsin ki, "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin
4-cü maddəsinin ikinci cümləsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini birinci halda Azərbaycan
Respublikasının Prezidenti, ikinci halda Azərbaycan
Respublikasının Nazirlər Kabineti, üçüncü
halda Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi həyata keçirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 fevral
2013-cü il
Azərbaycan.-2013.- 10 fevral.- S.4.