«Xəzər dənizinin dəniz ətraf
mühitinin mühafizəsi haqqında» Çərçivə
Konvensiyasının Neftlə çirklənmə halları
ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri
və əməkdaşlıq haqqında» protokolunun təsdiq
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Xəzər
dənizinin dəniz ətraf mühitinin mühafizəsi
haqqında" Çərçivə Konvensiyasının Neftlə
çirklənmə halları ilə mübarizədə
regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq
haqqında" 2011-ci il avqustun 12-də Aktau şəhərində
imzalanmış protokolu təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
21 dekabr 2012-ci il
Azərbaycan.-2013.- 10 fevral.- S.4.