«Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında»
sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
"Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurası
Katibliyinin maliyyə qaydaları haqqında" 2012-ci il
avqustun 23-də Bişkek şəhərində
imzalanmış saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28 dekabr
2012-ci il
Azərbaycan.-2013.- 10 fevral.- S.4.