Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 28 sentyabr tarixli 634 nömrəli fərmanı ilə
təsdiq edilmiş «İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı»nda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 872; 2008, № 3, maddələr 169, 186, № 5, maddə 364, № 6, maddələr 483, 504, № 12, maddə 1057; 2009, № 2, maddələr 59, 69, 73, № 5, maddə 321, № 6, maddə 421; 2010, № 2, maddə 80, № 3, maddələr 180, 184, 193, № 6, maddə 494, № 7, maddə 606, № 8, maddələr 716, 725, № 10, maddə 849; 2011, № 6, maddə 512, № 9, maddə 792; 2012, № 3, maddə 200, № 5, maddə 421, № 10, maddə 951, № 11, maddə 1117; Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 dekabr tarixli 764 nömrəli fərmanı) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.4-cü bənddə "bölmələrinin rəisləri," sözlərindən sonra "baş inspektorları və inspektorları," sözləri əlavə edilsin.
2. 2.5-ci bənddə "331-ci, 339-342-ci" sözləri "340-342-ci" sözləri ilə əvəz edilsin.
3. Aşağıdakı məzmunda 2.5-1-ci və 2.5-2-ci bəndlər əlavə edilsin:
"2.5-1. Məcəllənin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, pasport, qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrinin, bölmələrinin, qruplarının rəisləri, baş inspektorları və inspektorları;
2.5-2. Məcəllənin 339-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, onun müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 fevral 2013-cü il
Azərbaycan.-2013.- 10 fevral.- S.3.