«Azərbaycan Respublikasının ərazi
vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin
hazırlanması Qaydası»nın təsdiq edilməsi
haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10
fevral tarixli 218 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli fərmanını "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 378-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Azərbaycan
Respublikasının ərazi vahidlərinin və inzibati ərazi
dairələrinin xəritələrinin hazırlanması
Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli
fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010, № 2, maddə 82) aşağıdakı dəyişikliklər
edilsin:
1. Fərmanın adında, 1-ci və 2-ci hissələrində "ərazi vahidlərinin və inzibati ərazi dairələrinin" sözləri "ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin" sözləri ilə əvəz edilsin.
2. Həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası"nda:
2.1. Qaydanın adında və mətnində (4.2-ci və 8.3-cü bəndlər istisna olmaqla) ismin müvafiq hallarında "ərazi vahidi və inzibati ərazi dairəsi" sözləri "ərazi vahidi, inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi" sözləri ilə, "ərazi vahidləri və inzibati ərazi dairələri" sözləri "ərazi vahidləri, inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri" sözləri ilə əvəz edilsin;
2.2. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
"4.2. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi DTXK-nın ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin yerləşdiyi rayon, şəhər şöbəsi nümayəndəsinin, xəritəsi hazırlanmalı inzibati ərazi dairəsi (şəhər, qəsəbə, kənd ərazi vahidinə münasibətdə - onun daxil olduğu inzibati ərazi dairəsi) və ya sahə inzibati ərazi dairəsi üzrə, eləcə də onun həmsərhəd olduğu digər inzibati ərazi dairəsi və (və ya) sahə inzibati ərazi dairəsi üzrə müvafiq rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsinin iştirakı ilə DTXK-nın müvafiq struktur bölməsinin mütəxəssisi tərəfindən həyata keçirilir. Ərazi vahidi, inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi digər inzibati ərazi vahidi (rayon, şəhər) ilə həmsərhəd olduqda, həmsərhəd hissəyə aid koordinatların müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi, həmçinin DTXK-nın həmsərhəd rayon, şəhər şöbəsi nümayəndəsinin, habelə həmsərhəd inzibati ərazi dairəsi və ya sahə inzibati ərazi dairəsi üzrə müvafiq rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsinin iştirakı ilə, rayon, şəhər və şəhər rayonu inzibati ərazi vahidinin xəritəsi hazırlandığı hallarda isə həmçinin həmsərhəd rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçılarının təyin etdikləri şəxslərin iştirakı ilə həyata keçirilir.";
2.3. 4.7-ci və 8.8-ci bəndlərdə "ərazi vahidləri və" sözləri "ərazi vahidlərinin, inzibati ərazi dairəsinin və sahə" sözləri ilə, 6.1-ci bənddə "ərazi vahidlərinin və" sözləri "ərazi vahidlərinin, inzibati ərazi dairəsinin və sahə" sözləri ilə əvəz edilsin.
2.4.
8.3-cü bənddə "Azərbaycan Respublikasının ərazi
vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət
reyestrinin aparılması və onlara şəhadətnamənin
verilməsi haqqında Əsasnamə"nin" sözləri
"Azərbaycan Respublikasının ərazi vahidlərinin
Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin
verilməsi haqqında Əsasnamə"nin" sözləri
ilə, "bəndlərinə" sözü "maddələrinə"
sözü ilə, "ərazi vahidlərinin və inzibati ərazi
dairələrinin" sözləri "ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və
sahə inzibati ərazi dairələrinin" sözləri ilə
və "ərazi vahidinin və inzibati ərazi dairəsinin"
sözləri "ərazi vahidinin, inzibati ərazi dairəsinin
və sahə inzibati ərazi dairəsinin" sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
6 fevral 2013-cü il
Azərbaycan.-2013.- 10 fevral.- S.3.