Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 20 iyul tarixli 544 nömrəli fərmanı ilə təsdiq
edilmiş «Azərbaycan Respublikasının Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»də
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli fərmanını "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 415-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 697 nömrəli fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 481; 2005, № 5, maddə 403; 2008, № 3, maddə 175, № 11, maddə 970; 2009, № 7, maddə 533, № 11, maddə 881, № 12, maddə 983; 2011, № 2, maddə 85, № 12, maddə 1138; 2012, №11, maddə 1110) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. 7.8-ci bənddə "Dini ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının" sözləri "dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının" sözləri ilə əvəz edilsin.
2.
7.9-6-cı bənddə hər iki halda "dini təyinatlı
ədəbiyyatın, əşyaların və dini məzmunlu
başqa məlumat materiallarının" sözləri
"dini təyinatlı ədəbiyyatın (kağız və
elektron daşıyıcılarında), audio və video materialların,
mal və məmulatların və dini məzmunlu başqa məlumat
materiallarının" sözləri ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
6 fevral 2013-cü il
Azərbaycan.-2013.- 10 fevral.- S.4.