2012-ci il noyabrın 21-də Ankara şəhərində imzalanmış «Azərbaycan Respublikası hökuməti, Türkiyə Respublikası hökuməti və Gürcüstan hökuməti arasında keçiriləcək xüsusi təyinatlı kiçik bölmələrin «Qafqaz Qartalı» təlimi üçün ev sahibi ölkə dəstəyinin şərtlərinə dair Anlaşma Memorandumu»nun təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2012-ci il noyabrın 21-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti, Türkiyə Respublikası hökuməti və Gürcüstan hökuməti arasında keçiriləcək xüsusi təyinatlı kiçik bölmələrin "Qafqaz Qartalı" təlimi üçün ev sahibi ölkə dəstəyinin şərtlərinə dair Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası və Gürcüstan hökumətlərini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 fevral 2013-cü il

 

Azərbaycan.-2013.- 10 fevral.- S.4.