2012-ci il dekabrın 4-də Strasburq şəhərində imzalanmış «Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti və Moldova Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Mərkəzi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində məlumat mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu»nun təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2012-ci il dekabrın 4-də Strasburq şəhərində imzalanmış "Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti və Moldova Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Mərkəzi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində məlumat mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Moldova Respublikası hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 fevral 2013-cü il

 

Azərbaycan.-2013.- 10 fevral.- S.4.