Azərbaycanın və Serbiyanın milli informasiya agentlikləri uğurla
əməkdaşlıq edirlər
Azərbaycanın
və Serbiyanın milli informasiya agentlikləri uğurla əməkdaşlıq
edirlər.
Bu
fikir fevralın 9-da Serbiyanın "Tanyuq" xəbər
agentliyinin nümayəndələri ilə Azərbaycan
Dövlət Teleqraf Agentliyində (AzərTAc) keçirilən
görüşdə səslənmişdir.
Azərbaycanda
mətbuatın, o cümlədən AzərTAc-ın
inkişaf tarixindən danışan baş direktor Aslan Aslanov
ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar əlaqələrin
inkişafında milli xəbər agentliklərinin rolunu qeyd
etmişdir.
Görüşdə
Prezident İlham Əliyevin Serbiyaya, dövlət
başçısı Tomislav Nikoliçin Azərbaycana rəsmi
səfərlərinin ölkələrimiz arasında əlaqələrin
yeni müstəvidə inkişafına töhfə verəcəyi
diqqətə çatdırılmışdır. Milli xəbər
agentlikləri AzərTAc və "Tanyuq" informasiya
mübadiləsi işini daha da intensivləşdirməlidir.
Azərbaycana
ilk dəfədir ki, səfər etdiklərini deyən
"Tanyuq"un xarici siyasət şöbəsinin müdiri
xanım Biləna Simiç Bakının sürətlə
inkişaf etdiyinin şahidi olduqlarını
vurğulamış, hər iki agentliyin informasiya mübadiləsi sahəsində
əməkdaşlığı bundan sonra daha da inkişaf
etdirəcəyinə əminliyini bildirmişdir.
Sonra
serbiyalı jurnalistlər AzərTAc-ın fotoinformasiya baş
redaksiyası və multimedia və videoxəbər şöbəsinin
işi ilə yaxından tanış olmuşlar.
Azərbaycan.-2013.- 10 fevral.- S.5.