Tanınmış amerikalı jurnalist Con Kelli
Azərbaycanı «Baku»
jurnalı vasitəsilə kəşf etdiyini yazır
ABŞ-ın
"The New York Times" jurnalında tanınmış
jurnalist Con Kellinin "Baku" jurnalının son nömrəsindən
öyrəndiyim məlumatlar" sərlövhəli məqaləsi
dərc edilmişdir.
Müəllif
bildirir ki, "The New York Times" jurnalının müxbiri
Peter Savodnik Bakı ilə bağlı yazdığı məqaləsində
bu şəhərin turizm mərkəzinə çevrilmək
istiqamətində gördüyü işləri
araşdırmışdır. Əslində, bu ideya mən
Peterlə "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar
"Bloomberg Businessweek" jurnalında işlədiyimiz vaxt
yaranmışdı. 2011-ci ildə "Eurovision"
müsabiqəsində qazandığı qələbə Azərbaycanı
Avropaya daha da yaxınlaşdırmaq üçün gözəl
fürsət idi. Əlbəttə, bu ölkə istəyinə
nail ola bildi.
Con
Kelli yazır: "Ötən həftə "The New York
Times" jurnalının redaktoru Huqo Lindqren mənə zəng
edərək soruşdu: "Sən Cason Binn tərzində nəşr
olunan "Baku" jurnalını görmüsənmi?".
Doğrusu, Bakının "Hamptons" və ya "Capitol
File" tərzində jurnalı olduğunu eşitmək məni
çox təəccübləndirdi. "Baku"
jurnalının son nömrəsi ilə tanışlıq
zamanı gördüm ki, təəccüblənməyim əbəsdir.
Bu nəşrin yüksək keyfiyyətə malik olması da
diqqətimdən yayınmadı. Hətta mən deyərdim
ki, bu jurnal "Hamptons"dan daha üstün sayıla bilər.
Jurnalın
son nömrəsini oxumaqla Bakı haqqında öyrəndiklərim
mənim üçün çox maraqlı oldu. Məsələn,
mən Azərbaycanın 17 yaşadək qadınlar
arasında dünya çempionatına ev sahibliyi etməsini
öyrəndim. Əhalisinin əksəriyyətini müsəlmanların
təşkil etdiyi bir ölkədə bu yarışların
keçirilməsi mənim həqiqətən də çox
böyük marağıma səbəb oldu. Jurnalda
Bakının qış mənzərələri arasında məşhur
geyim markalarını nümayiş etdirən modellərin təsvir
edildiyi şəkillər olduqca möhtəşəm və
heyrətamizdir. Bu nəşrdə mən, həmçinin
Kaliforniya Universitetinin məşhur bakılı alimi Lutfi Zadə
barədə geniş məqalə də oxudum. Mənə, həmçinin
məlum oldu ki, Bakı brend mağazaların fəaliyyət
göstərdiyi çox zəngin şəhərdir. Dünya
şöhrətli müğənni Cenifer Lopez də
Bakıya səyahət etmiş, şəhəri çox bəyənmişdir.
C.Lopez Bakı haqqında belə demişdir:
"Qaldığım hoteldən möhtəşəm mənzərənin
şahidi oldum. Bu, həqiqətən də qeyri-adidir.
"Alov qüllələri" olduqca gözəldir.
Xalça bükülüsünə bənzər tikilmiş
Milli Xalça Muzeyi isə əsrarəngizdir".
Con
Kelli məqaləsində möhtəşəm Heydər Əliyev
Mərkəzindən də bəhs edir.
AzərTAc
Azərbaycan.-2013.- 10 fevral.- S.6.