Heydər Əliyev Fondu
Macarıstan hökuməti ilə
birgə layihələr reallaşdıracaqdır
Azərbaycanın
birinci xanımı Mehriban
Əliyevanın Macarıstanın ölkəmizdəki
səfiri Jolt Çutora ilə görüşündə bu
barədə müzakirələr aparılmışdır
Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
fevralın 11-də Macarıstanın ölkəmizdəki səfiri
Jolt Çutora ilə görüşmüşdür.
Əlaqələrimizin
dostluq münasibətlərinə əsaslandığını
deyən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın
inkişafı üçün böyük perspektivlərin
olduğunu demişdir. Heydər Əliyev Fondunun da bu
baxımdan fəaliyyətini qeyd edən Mehriban xanım Əliyeva
Macarıstan hökuməti ilə birgə layihələrin
reallaşdırılması barədə
danışıqların getdiyini qeyd etmişdir. Həmin layihələrdən
birinə əsasən Macarıstanın paytaxtında fiziki
qüsurlu insanlar üçün reabilitasiya mərkəzi
inşa olunacaqdır.
Görüşdə
Heydər Əliyev Fondunun xaricdə müxtəlif layihələr
həyata keçirdiyi vurğulanmışdır. Belə
layihələrdən birinin məhz Macarıstanda
reallaşacığından məmnunluq ifadə edilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 12 fevral.- S.2.