Müasir dövlət intellektin
təntənəsidir
Azərbaycanın tarixinə daha bir şanlı səhifə yazıldı. 2013-cü ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarıldı. Azərbaycanın tarixində yeni - kosmik eraya qədəm qoyuldu. BMT-nin uyğun komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunmuş və ölkəmiz kosmik fəzanın sülh məqsədləri ilə istifadəsi üzrə müəyyən öhdəliklər götürmüşdür. Telekommunikasiya peykinin orbitə çıxarılması hər bir ölkənin tarixində önəmli hadisədir və ölkənin yüksək inkişafından xəbər verir.
Belə hadisələr ancaq maliyyə məsələləri ilə həll olunmur. İlk növbədə burada əsasını intellektual nailiyyətlər təşkil edən İKT-nin yüksək səviyyəsi tələb olunur. Əgər ölkənin İKT sahəsində olan nailiyyətləri lazımi səviyyədə deyilsə, heç bir maliyyə gücünə bu məsələləri həyata keçirmək mümkün deyil! Bu gün ancaq yüksək inkişafa malik olan, müxtəlif sahələrdə uğurlar əldə etmiş intellektual potensiallı dövlətlər telekommunikasiya peyklərinin sahibləridir. Telekommunikasiya peykinin orbitə çıxarılması ilk növbədə intellektin təbiət üzərində təntənəsidir, təbiətdə gedən prosesləri dərindən anlamaq və idarə etmək imkanıdır.
Cəmi 20 illik müstəqil tarixi olan və öz telekommunikasiya peykini əldə edən ölkələr dünyada nadir haldır. Azərbaycan bu sıradadır və liderlər arasındadır. Bu hadisə bir daha göstərdi ki, ölkədə Prezident İlham Əliyev tərəfindən aparılan siyasət müasir dəyərlərə, intellektual əsaslara arxalanır və Azərbaycan sürətlə inkişaf edir. Azərbaycanın inkişaf modeli müasir dövlət quruculuğunun nümunəsidir. Azərbaycanda İKT sektorunun inkişafının əsasları dahi Heydər Əliyev tərəfindən qoyulmuşdur. 2003-cü ildə Heydər Əliyevin rəhbərliyi altında İKT sahəsində Azərbaycanın Milli Strategiyası hazırlanmışdır və bu sənəddə qoyulan məsələlərin həlli 2012-ci ildə uğurla başa çatdırılmışdır.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan vətəndaş müharibəsi vəziyyətində idi. O zaman hətta dünyanın aparıcı siyasətçiləri deyirdilər ki, Azərbaycan o qədər ağır vəziyyətdədir ki, Heydər Əliyev kimi nəhəng siyasətçi də ona kömək edə bilməyəcək. Ölkədə təbii qaz, elektrik çatışmazlığı müşahidə olunurdu. İnsanlar saatlarla çörək və digər məhsullar üçün növbələrdə dururdu. O zaman heç kəsin ağlına belə gəlməzdi ki, cəmi 20 ildən sonra Heydər Əliyevin dərin düşünülmüş siyasəti və bu siyasətə yeni nəfəs gətirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan sabit, güclü və beynəlxalq aləmdə yüksək nüfuza malik olan ölkəyə çevriləcəkdir. Azərbaycan kredit axtaran ölkədən kredit verən və eyni zamanda yüksək İKT səviyyəsi olan ölkəyə çevriləcəkdir!
Maraqlıdır ki, Azərbaycan dünyada iqtisadi böhran sürən zamanda, inkişaf etmiş ölkələrdə böhranlar nəticəsində hakimiyyət dəyişiklikləri baş verən dövrdə telekommunikasiya peykinin sahibi oldu. Dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda İKT sektoru cəlbedicidir. Bu sahədə yaradılmış mühit, qanunvericilik, rəqabət və digər amillər imkan verdi ki, 2012-ci ildə bu sahəyə 400 milyon ABŞ dollarından çox vəsait qoyulsun. Bu, bir daha Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin inkişafa yönəldiyini təsdiq edir və yerlərdə, xüsusən İKT sahəsində uğurla həyata keçirilir.
Peyk resurslarının 20 faizi ölkəmizin yerli tələbatını ödəmək üçün istifadə ediləcək, qalan 80 faizi isə dünya bazarlarına ixrac olunacaqdır. Təxminən 40 faizinin satışı üçün şərti müqavilələr imzalanmışdır. Telekommunikasiya peykinin orbitə çıxarılması ilk növbədə ölkə iqtisadiyyatının stabilliyini və uğurlu inkişafını təsdiq edir, digər tərəfdən, ölkədə yüksək səviyyədə inkişaf edən İKT-dən xəbər verir və müasir düşüncəyə əsaslanan, gələcəyə uğurla atılan bir addım kimi qiymətləndirilir.
Bu gün biz tez-tez müasir insan, müasir dövlət və müasir düşüncə anlayışlarına rast gəlirik. Müasir dövlətin əsaslarını informasiya texnologiyaları təşkil edir və müasir dövlət müasir insanlar tərəfindən qurulur və inkişaf etdirilir. Müasir düşüncə gələcəyə yönəldilmiş anlayışdır və onun əsasını dərin intellekt, elmi nailiyyətlər və dünyada baş verən hadisələri dərin analiz etmək qabiliyyəti təşkil edir. Eyni zamanda, müasir düşüncə insanın düşünmə qabiliyyətindən istifadə edib gələcəyi anlamaq və ardıcıl olaraq inkişafa nail olmaqdan ibarətdir. Bu amillər müasir dövlətin əsaslarını təşkil edir.
Təbii ki, telekommunikasiya
peykinin hazırlanması vəsait tələb
edir. Amma burada həlledici an İKT
səviyyəsidir. Vaxtı ilə dünya
kapitalının əsasını təbii sərvətlər
və xüsusən enerjidaşıyıcıları təşkil edirdi.
Bir az sonra
böyük maliyyə korporasiyaları
"JP Morgan", "Citi
group" və digərləri inkişaf edərək enerji
sektorunu geridə qoydular.
Bu gün, dünya ekspertlərinin qənaətinə
görə, neft sektoru
2,0 trilyon, maliyyə sektoru
isə 2,5 trilyon ABŞ dolları həcmində
qiymətləndirilir. XX əsrin sonundan başlayaraq insan həyatını
kardinal dəyişən, sadə proseslərdən
tutmuş ən mürəkkəb proseslərə
qədər təsir göstərən İKT ön
plana çıxır. Bu
gün dünyada elə
sahə yoxdur ki, onun inkişafı İKT-siz
mümkün olsun. XX əsrin
ən böyük nailiyyətlərindən
biri olan insan genomunun
açılması İKT-siz mümkün deyildir! Hər
bir inkişaf etmiş ölkənin güclü
İKT infrastrukturu mövcuddur
və ya əksinə. Bu
gün dünyanın İKT sektoru 3,5 trilyon ABŞ
dolları həcmində qiymətləndirilir və bu sahə sürətlə inkişaf
edir. Dünyanın maliyyə sektoru hər il İKT-nin inkişafına 350 milyard
ABŞ dolları sərf edir və bu sahənin inkişafı İKT-siz
mümkün deyil!
Məhz
İKT-nin inkişafı nəticəsində Çinin
ÜDM 6 trilyon ABŞ dollarına yaxınlaşıb və bu
ölkə Yaponiyanı geridə qoyaraq ABŞ-dan sonra
dünyanın iqtisadi cəhətdən inkişaf etmiş
ikinci dövlətinə cevrilib (Avropa Birliyini nəzərə
almasaq).
Azərbaycan müasir inkişaf yolunu seçib. Ölkə
Prezidenti cənab İlham Əliyev
2013-cü ili İKT ili elan edib
və bu, heç də təsadüfi deyil. Son illər İKT-nin inkişafı sahəsində Azərbaycan
böyük uğurlar
əldə edib və bu sahədə
inkişaf tempinə görə bir çox inkişaf etmiş ölkələri
geridə qoyub. Belə inkişaf nəticəsində 2013-cü il fevralın 8-də Azərbaycan özünün
ilk telekommunikasiya peykini
orbitə çıxarıb.
Dünya ekspertlərinin qənaətinə
görə, İKT sektorundan
olan gəlirlər 5 ildə iki dəfə
artır. Ona görə gələcəkdə
dünya ÜDM-nin 80 faizini İKT gəlirləri
təşkil edəcək.
Qeyd edək ki, son üç ildə Azərbaycanda İKT gəlirləri
iki dəfə artaraq dünya göstəricisini geridə
qoymuşdur. Dünyada İKT sektoruna maraq getdikcə artmaqdadır.
Əgər bir neçə il
bundan öncə
İKT sahəsində dünyanın
sadəcə 20-30 faiz
şirkəti çalışırdısa,
bu gün bunların sayı 50 faizi keçmişdir və həmin rəqəm getdikcə artmaqdadır.
Dünya Bankının statistikasına
əsasən, ölkələrin
inkişafında üç
amil xüsusi rol oynayır - insan faktoru, sənaye və təbii sərvətlər. Dünyanın ən inkişaf etmiş regionunda insan faktorunun inkişafa təsiri 76 faiz təşkil edir. Ona görə Azərbaycan
Prezidenti İlham Əliyev İKT sektorunu ölkədə ikinci prioritet sahə elan edib və
"Neft faktorunu insan kapitalına çevirək" tezisini
irəli sürüb.
İKT-nin daha sürətli
inkişafı üçün
2012-ci ildə İKT-nin
İnkişafı Dövlət
Fondu, Yüksək Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi
Mərkəzi və İnformasiya Təhlükəsizliyi
üzrə Dövlət
Agentliyinin yaradılması
üzrə Azərbaycan
Respublikası Prezidentinin
sərəncam və fərmanları verilmişdir.
İKT məhsul və xidmətlərinin ixrac həcminin artırılması üçün
vergi güzəştlərinin
tətbiqinə qərar
verilmişdir.
Bu gün Azərbaycan
beynəlxalq aləmdə
yüksək hörmətə
malik olan tərəfdaşa çevrilmişdir. Heç də
təsadüfi deyil ki, Davos İqtisadi
Forumunun təşkilatçısı
professor Klaus Şvabla əldə
edilən anlaşmaya əsasən, 2013-cü ilin
aprel ayında Azərbaycanda Dünya İqtisadi Forumu keçiriləcəkdir. Bu
məsələdə İKT sahəsinin yüksək inkişafı da öz rolunu oynamışdır. Bu hadisə bir daha təsdiq edir ki, Azərbaycanın
inkişaf modeli beynəlxalq aləmi cəlb edir.
2012-ci ildə İKT sektorunun gəlirləri Azərbaycanda
18 faiz təşkil edib və bu
göstərici dünya
göstəricisindən 2,5
dəfə yüksəkdir.
Azərbaycanda "Evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış
məntəqələrinə yüksək sürətli,
genişzolaqlı internet xidmətlərini
verən optik şəbəkənin qurulması
üzrə layihə hazırlanmışdır və
2013-cü ildə artıq
bu layihəyə 103 milyon manat vəsait
ayrılmışdır. Layihə üç il müddətində
həyata keçiriləcək
və yüksək rentabellidir. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, genişzolaqlı internetə
çıxışı təmin
etmək, istifadəçilərin
sayını isə təxminən 85 faizə çatdırmaqdır ki,
bu da həmin
vaxt üçün,
yəni 2017-ci ildə
inkişaf etmiş ölkələrin səviyyəsinə
bərabər olacaqdır.
2012-ci ildə Azərbaycan 4-cü nəsil
mobil rabitə texnologiyasını tətbiq
edən Avropanın
9-cu, dünyanın isə
37-ci ölkəsi olmuşdur.
İndi hər 100 nəfərə
təxminən 110 telefon
düşür. Mobil telefon sistemi də 2010-cu ildə MDB ölkələri arasında
ilk dəfə olaraq ölkə ərazisinin
100 faizini əhatə
etmişdir. İndi mobil
abunəçilərin əksəriyyəti
həm də sürətli internet istifadəçisidir.
Azərbaycan
Respublikasının rabitə və informasiya texnologiyaları
naziri akademik Əli Abbasovun verdiyi məlumata görə,
"Azərbaycan-2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyasına əsasən İKT-nin illik
artımı təxminən 18-20 faiz ətrafında saxlanacaq və
qarşıdakı 8 ildə sektorun gəlirləri 8-9 milyard
ABŞ dolları ətrafında
olacaqdır. Buna əsasən rəqabət mühitinin
yaxşılaşdırılması, sektora olunan fiskal və
monitar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş
siyasət, regional İKT resurslarının və yüksək
texnoloji məhsul və xidmətlərin yaradılması güclü insan kapitalına əsaslanan
innovativ sahibkarlığın inkişafı hesabına
olacaqdır.
Asəf HACIYEV,
Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü,
Professor
Azərbaycan.-2013.-
12 fevral.- S.5.