«Azərbaycanda Azərbaycan torpağı,
Kiprdə isə kiprli türklərin qurucu hüquqları
işğal altındadır»
Müsahibimiz
Şimali Kiprin qurucusu və ilk prezidenti Rauf Denktaşın
oğlu, Şimali Kiprin Milli Məclisin deputatı Sərdar
Denktaşdır.
- Azərbaycanda bir
neçə dəfə
olmusunuz. Ölkəmizlə bağlı təəssüratlarınız
necədir?
- Azərbaycanın paxtaxtı
Bakını bir neçə dəfə ziyarət etmişəm. Hər dəfə paytaxtınıza
gedəndə inkişafı,
quruculuğu gördükcə
sevinirəm. Çox gözəl,
tərtəmiz və səliqəli paytaxtınız
var. Eyni zamanda, bilirəm ki, Azərbaycan son illərdə
böyük yüksəliş
və inkişaf yolu keçir və bölgənin liderinə çevrilir.
Dost, qardaş ölkənin bu uğurlarını yüksək
qiymətləndirirəm.
Azərbaycan kiprli türklər üçün çox yaxın, qardaş dövlətdir. Azərbaycanın
sürətlə inkişafı,
bölgədəki fəaliyyəti
getdikcə daha çox hiss edilir. Azərbaycanda mədəniyyət səviyyəsi yüksəkdir.
İnsanları mehriban və
çox yaxşı niyyətlidir. Kiprli türklər
olaraq azərbaycanlıları
özümüzə çox
yaxın bilirik. Bu an üçün əlaqələrimizin səviyyəsi
yetərincə olmasa da, qarşıdakı illərdə daha çox yaxın və həssas münasibətlər içində
olacağımızdan heç
bir şübhəm yoxdur.
- Şimali Kiprin
mərkəzi, gözəl
və ən geniş küçələrindən
biri ölkəmizin ümummilli lideri Heydər Əliyevin adını daşıyır. Bunu Şimali
Kiprin Azərbaycana, ümummilli liderimizə olan sevgisi kimi
qiymətləndirmək olarmı?
- Şübhəsiz ki, bu belədir! Kiprdə Heydər Əliyevi yaxından tanıyırlar,
sevirlər və xatirəsini unutmurlar.
Qurucu Prezidentimiz Denktaş ilə ümummilli lideriniz Heydər Əliyev arasında çox yaxşı qardaşlıq, dostluq əlaqəsi vardı.
Heydər Əliyev Kipri,
Kipr türklərini sevirdi, onlara arxa olurdu və
atama böyük hörmət, diqqət bəsləyirdi, dəstək
göstərirdi. Eyni zamanda
Rauf Denktaşın Azərbaycana çox böyük məhəbbəti,
Heydər Əliyevə
isə bağlılığı
vardı. Onlar bir-birilərinə
əsl qardaş kimi inanır, etimad göstərir, hörmət edirdilər və daim də
arxa olurdular. Tarix bu iki böyük
şəxsiyyəti daim
yaşadacaq. Çünki onların hər ikisi dövlət qurdular, xalqlarına müstəqillik verdilər,
ölkələrinin problemlərini
həll etdilər və tarixə də məhz Qurucu Prezidentlər kimi düşdülər.
Heydər Əliyevin itkisi yalnız sizin xalqınız üçün
deyil, bütün türklər, o cümlədən
kiprli türklər üçün ağır
faciə oldu. Atam bu itkiyə çox üzüldü. Mən bilirəm
ki, qurucu Prezidentimiz Rauf Denktaşın vəfatına
Azərbaycan xalqı və ölkə rəhbərliyiniz də çox üzülmüşdü.
Yəni bu hisslər təbii və ülvidir. Heydər Əliyev kimi
möhtəşəm bir
şəxsiyyətin xatirəsini
əbədiləşdirmək üçün onun əziz adının Kiprin ən geniş küçələrinin
birinə verilməsi də məhz qurucu Prezidentimiz Rauf Denktaşın təşəbbüsü, israrı
idi. Bu, prezidentlərin
dostluqlarının, qardaşlıqlarının
səmimi və unudulmaz nişanəsi kimi qavranmalıdır.
- Sizcə, hər iki ölkə münasibətlərin daha
da inkişaf etdirilməsi üçün
mövcud potensialdan nə dərəcədə
istifadə edir?
- Təəssüf ki, xalqlarımızın bir-birinə
duyduğu sevgi və hörmətlə əlaqələrimizin səviyyəsi
bir-birilə uzlaşmır.
Daha da yaxınlaşmalıyıq,
inteqrasiya olunmalıyıq.
Bu gün beynəlxalq
məkanda Azərbaycanın
haqq səsinin yayılmasına necə böyük maneələr
yaradırlarsa, Kipr türklərinin müqəddəratına
da bir o qədər süni sədlər qoyurlar.
Biz siyasi olmasa
belə, mədəni
və ictimai mənada daha yüksək əlaqələrin
inkişafı üçün
daha səylə çalışmalıyıq. Bakıda Şimali Kipr təmsilçiliyi
var. Əvvəlki dövrlərdə
Azərbaycanın Şimali
Kiprdə nümayəndəliyinin
yaradılmasına yönəlik
çalışmalar olsa
da, təəssüf ki, bizim ölkəmizdə
dəyişən hökumətlər
tərəfindən bu
istiqamətdə aparılan
iş pozuldu. Bu səhvi Şimalı
Kipr dövləti olaraq bir an öncə
aradan qaldırmalıyıq.
- Qeyd etdiyiniz kimi, hər iki xalqın ərazi məsələsi
ilə bağlı böyük problemləri
var. Lakin bəzən bu problemlərin bir-birinə zidd olduğu kimi mülahizələr də
səslənir...
- Bəli, bizləri istəməyən, bizlərə
düşmən olan məlum qüvvələr
tərəfindən Dağlıq
Qarabağ münaqişəsi
Kipr problemi ilə bənzədilərək
sanki bir-birinə zidd olan bir
mövzu olaraq göstərilməkdədir. Azərbaycan torpağı
olan Qarabağ işğal altındadır.
Türk xalqlarına qənim kəsilənlər isə
Kipr adasında sanki bizi Kiprin
torpağını işğal
etmiş kimi göstərirlər. Halbuki Azərbaycanda
Azərbaycan torpağı,
Kiprdə isə kiprli türklərin qurucu hüquqları işğal altındadır.
Yəni ikimiz də eyni dərddə, eyni acıdayıq. Siz torpaqlarınızı, biz haqlarımızı
işğaldan qurtarmağa
çalışırıq. Bizim indi dövlət qurduğumuz torpaqlar əsrlər boyu ata yadigarı olan torpaqlarımızdır.
1974-cü ilə qədər bizlər də eynilə qarabağlılar kimi ata-baba torpaqlarımızdan
uzaqlaşdırılmış köçkünlər idik.
Bu səbəbdən qarabağlı qardaşlarımızın
vəziyyətini, faciələrini
çox yaxşı bilirik. Təəssüf ki, nə Kipr problemi azərbaycanlılar
tərəfindən, nə
də Dağlıq Qarabağ problemi kiprli türklər tərəfindən dərinliyinə
qədər öyrənilməmişdir.
Araşdırıldığında görüləcək ki, problemimiz arasında çox böyük bənzərliklər
vardır. Bu bənzərliklərin tam olaraq
ortaya çıxması
ilə birlikdə inanıram ki, əlaqələrimiz də
daha yaxşı inkişaf edəcəkdir.
- Şimali Kiprdə
minə yaxın azərbaycanlı tələbə
təhsil alır. Ayrı-ayrı universitetlərdə isə
təxminən 20-yə yaxın
azərbaycanlı professor və
müəllim heyəti
çalışır. Sizcə, bu potensialdan qarşılıqlı münasibətlərdə
tam istifadə olunurmu?
- Mənim azərbaycanlı
tələbələrlə də, müəllimlərlə
də yaxın, sıx əlaqəm var. Onlarla görüşür,
məsləhətləşir, qüvvələrimizi birgə
hədəfə yönəltməyin
yollarını arayırıq.
Dağlıq Qarabağ və
Kipr problemlərinin qarşılıqlı əlaqəsi
üzərində istədiyim
araşdırmanın aparılması
üçün əslində
çox yaxşı bir potensial meydana
gətirilməkdədir. Bu mövzuda tədqiqat
aparmağı bəzi
azərbaycanlı müəllimlərdən
xahiş etmişdim.
Hesab edirəm ki, bu müsahibə ilə məlum mövzu yenidən gündəmə gələcək.
İnşaallah ən qısa
zamanda bu işdə yenidən fəallaşmanın olacağına
böyük ümid bəsləyirəm. Ümumiyyətlə isə, qeyd etdiyiniz yaradıcı və ziyalı potensialdan daha yetərincə və qarşılıqlı bəhrələnməyə
böyük ehtiyac
var.
- Necə ki Azərbaycan
deyiləndə, Şimali
Kiprdə ilk olaraq Heydər Əliyevi düşünürlər, eləcə
də bizim vətənimizdə Şimali
Kipr deyincə ilk olaraq mərhum atanız Rauf Denktaş yada düşür. Hər iki xalqın, hər iki dövlətin
oxşar taleyidir: liderləri dövlətə
görə deyil, dövlətləri liderlərə
görə tanıyırlar.
- Əlbəttə bu, qürurverici hissdir! Belə insanların övladı olmaq da böyük
məsuliyyətdir. Mən bilirəm
ki, Prezident İlham Əliyev də belə dahi insanın övladı olduğu və onun siyasətini
davam etdirdiyi üçün daha çox məsuliyyətli,
diqqətlidir. O anlayır
ki, Heydər Əliyevin böyük çətinliklə qurduğu
müstəqil Azərbaycanın
mövcudluğu və
tərəqqisi üçün
həm də atasının ruhu qarşısında məsuliyyət
daşıyır. Nə
yaxşı ki, Prezidentiniz bu borcunu böyük ustalıqla, qabiliyyətlə
və şərəflə
ödəyir! Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanın möhtəşəm
inkişaf yaşamasının
da əsas səbəbi ölkənizin
məhz böyük insan Heydər Əliyevin yolu ilə inamla addımlamasıdır.
Atamı
itirdikdən sonra mənim üzərimə də çox
böyük bir məsuliyyət düşmüşdür. O
adı layiqlə yaşatmaq vəzifəsi mənə mənəvi
və siyasi miras olaraq qalmışdır. Zənn edilənin əksinə,
siyasətə girməm atamın istəmədiyi bir şey
idi. Böyük qardaşım Raif siyasətdəydi və mən
siyasətdən çox uzaq bir gənclik
yaşayırdım. Böyük qardaşımı bir yol qəzasında
itirdikdən sonra ona son nəfəsində verdiyim bir söz
üzərinə siyasətə girdim. Atama bu
düşüncəmi açıqladığımda
çox kədərlənmişdi. Buna baxmayaraq atamın
xeyir-duasını alaraq girdiyim siyasətdə indi 23-cü
ilimi tamamlayıram. Rauf Denktaşın qurduğu dövlətə
layiqli xidmət etmək, xalqımızın haqlarını
beynəlxalq miyqasda təsbitinə nail olmaq indi mənim
üçün həm də atamın ruhu
qarşısında bir borcdur...
Müsahibəni hazırladı: Cəfər
MƏNSİMİ
Şimali Kipr
Azərbaycan.-2013.- 12 fevral.- S.6.