Erməni xislətinin aqibəti

 

Əkrəm Naibovun "Drujba narodov" jurnalında dərc olunmuş, düşmən dəyirmanına su tökən romanı ətrafında gedən müzakirələri, çıxışları diqqətlə izləyən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti toplantı keçirərək "Daş yuxular"aonun müəllifinə vətəndaşlıq münasibəti bildirmişdir. Toplantıda sənət adamları bildirmişlər ki, müəllif Azərbaycan xalqına, bütünlükdə türk dünyasına şər, böhtan yağdırmaq, tarixi təhrif etmək, minlərlə şəhidin ruhunu tapdalamaq, islam dinini alçaltmaq yolunu tutmuşdur ki, bu da haqlı olaraq biz yaradıcı insanların nifrət və qəzəbinə səbəb olmuşdur.

Azərbaycan xalqının zalım, qaniçən, qəddar kimi qələmə verildiyi, "yerazlar elədi, doktor, yerazlar. 5-6 yeraz gədəsi. Heç kimi hərləmirlər. Nə şair bilirlər, nə aktyor, nə yazıçı... Denən filankəs ermənidi, vəssalam. O dəqiqə ayaqlarının altına salıb vəhşi kimi təpikləyəcəklər. Tikə-parça eləyəcəklər, heç kimin də hünəri çatmayacaq yaxın getsin" ifadələrinin işləndiyi "əsər"in müəllifi görən Azərbaycan türklərini çalalara doldurub diri-diri basdıran, qadınların bellərinə qaynar samovar bağlayıb işgəncə verən, hamilə qadınların qarnına süngü taxaraq onları körpəsi ilə birlikdə öldürən, uşaqları analarının əlindən alıb havaya ataraq süngüyə keçirən, kəndin camaatını məscidə doldurub yandıran ermənilərin bu vandallıqlarından xəbərsizdirmi? İllər boyu ermənilərin dünyaya car çəkərək türklərin soyqırımı törətdiklərini utanmadan və həyasızcasına, dönə-dönə vurğulamalarını müəllifin unutqanlığınamı yazaq? Tarixdən hamıya yaxşı məlumdur ki, 1918-ci ildə ermənilər tərəfindən Bakıda həyata keçirilən soyqırımı zamanı on səkkiz minə qədər Azərbaycan türkü qətlə yetirilmişdir. Bəs Qarabağ uğrunda gedən savaşlarda, Xocalı soyqırımında qətlə yetirilən soydaşlarımız?! Bəs bu faktı hara yazaq?! Unudaqmı?!

"Mən ermənilərə mesaj atmışam ki, biz suçumuzu etiraf edirik, sizedin" deyən müəllif ermənilərin "hə, Qarabağ sizin əzəli-əbədi torpaqlarınızdır, onu sizə geri qaytarırıq, biz azərbaycanlılara qarşı həmişə düşmən mövqedə olmuşuq, bizi əfv edin" sözlərini deyəcəklərinimi gözləyir?!

Yazdığı "əsəri" ilə ermənilər tərəfindən seviləcəyi, rəğbətlə qarşılanacağı yaxşı məlum olan müəllif, görəsən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin qarşısında vicdanını necə təmizə çıxaracaq?

Müəllifin prototipi Saday Sadıqlıya gəlincə, görəsən, başqa peşə sahibi tapılmadı ki, "qəhrəman" bu "istedadlı" aktyor seçildi? Xalqı bu dərəcədə aşağılayan Əkrəm Naibovun 140 illik teatr tariximizin ümumi qəhrəmanına müraciət etməsi də, yəqin, düşünülmüş siyasətin tərkib hissəsidir.

Bu gün bəşəri hisslərdən məhrum, erməni xislətli Əkrəm Azərbaycanda gedən nəhəng quruculuq işlərindən, dünya miqyasında artan nüfuzumuzdan, xalqımızın əldə etdiyi yüksək nailiyyətlərdən, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və mühüm layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərdən yaza bilməzdi?!

Xalqımızın, dövlətimizin ona olan etibarından sui-istifadə edib "sərbəst düşüncəli yazıçı" pərdəsi altında əsl xislətini üzə çıxaran Əkrəm Naibov bundan sonra bu ölkənin havasını necə udacaq, bu torpaq üstündə necə gəzəcək?

Teatrımızın yaradıcı heyəti belə hesab edir ki, Əkrəm Naibov kimi satqın, simasız, xəyanətkar yazıçıya cəmiyyətimizdə yer yoxdur. O, bu xalqdan və dövlətdən aldıqları nə varsa, hamısına sahib olmaq haqqını itirmişdir. Bu, ümumxalq rəyidir.

Prezident İlham Əliyevin Əkrəm Naibovun xalq yazıçısı adından və Prezident təqaüdündən məhrum edilməsi haqqında sərəncamını böyük məmnuniyyət hissi ilə qarşıladığımızı bildirirhesab edirik ki, o, Azərbaycan vətəndaşı adını daşımağa da layiq deyildir.

 

 

Mübariz Həmidov,

teatrın direktoru, əməkdar artist

 

Bəhram Osmanov,

əməkdar incəsənət xadimi

Yasin Qarayev,

xalq artisti

Səriyyə İsmayılova,

əməkdar mədəniyyət işçisi,

Şövqi Hüseynov,

əməkdar artist

Naibə Allahverdiyeva,

əməkdar artist

Nübar Novruz,

əməkdar artist

Nofəl Vəliyev,

əməkdar artist

Kəmalə Hüseynova,

əməkdar artist

Atabala Səfərov,

əməkdar artist

Elşən Rüstəmov,

əməkdar artist

Elnur Kərimov,

Elşən Çarhanlı,

Sərvər Əliyev,

Almaz Mustafayeva,

Şəfəq Əliyeva,

Vüsal Mehrəliyev

 

 

Azərbaycan.-2013.- 12 fevral.- S.8.