Xalqına xəyanət edən Əkrəm
Naibovun Azərbaycanda yaşamağa
mənəvi haqqı yoxdur
Ə.Naibovun
bu yaxınlarda Moskvadakı "Drujba narodov" jurnalında dərc
olunmuş "Daş yuxular" romanı bütün vətənpərvər
soydaşlarımız kimi, mənim də təəssüf və
dərin hiddətimə səbəb oldu. Yəqin ki,
yaşadığı dövrü anlamayan, daşnakların
azərbaycanlıların başına əsrlər boyu gətirdikləri
bəlaları erməni qardaşları kimi qəbul edən
bu nankor həmin üzdəniraq
romanını yazanda heç olmasa Xocalıda qətlə
yetirilən qocaları, qadınları, uşaqları, boruya
salınıb qaynaqlanan körpələri göz önünə
gətirəydi. Azərbaycanın çörəyini yeyib,
suyundan içib, hörmətlə
qarşılandığın halda məqam tapıb ona arxadan
zərbə vurasan, - bunu sənə nə tarix, nə
Xocalıda, Şuşada, Ağdamda, Kəlbəcərdə,
Zəngilanda tökülən şəhid qanları,
ruhları, nə də ki Azərbaycan xalqı
bağışlayar.
Xalq
yazıçısı fəxri adı, ali ordenlər
almış bir Azərbaycan yazıçısının
öz xalqına, millətinə qarşı hikkəli şəkildə
böhtanlarla dolu belə bir roman yazması və tərcümə
etdirərək başqa bir ölkənin jurnalında nəşr
etdirməsi nankorluqdan, çörəyini yeyib, suyunu
içdiyi, onu boya-başa çatdıran bir xalqa olan xəyanətindən
başqa bir şey deyil. Torpaqlarımızın müdafiəsinə
qalxmış Qarabağ şəhidlərinin axıdılan
qanı qurumamış, ermənilərin Xocalıda törətdikləri
dəhşətli vəhşiliklərin vurduğu yaralar
qaysaqlanmamış Azərbaycan millətinə qarşı
şantaj dolu belə bir "roman"ın yazılması əslində
müəllifin kimliyindən xəbər verir.
Bu il Azərbaycanda
prezident seçkiləri
keçiriləcək. Azərbaycan xalqının
seçimi isə indidən məlumdur.
Xalqımız bu seçkidə
də Heydər Əliyev siyasi kursunu və bu kursun ən
layiqli davamçısı
olan Prezident İlham Əliyevi dəstəkləyəcək. Çünki məhz Prezident İlham Əliyev son 10 ildə Azərbaycanın dinamik inkişafına nail olub. Bu gün Azərbaycan
BMT Təhlükəsizlik Şurasında
təmsil olunan, kosmosda özünün süni peyki olan dövlətdir. Bütün bu uğurlar həm də Azərbaycanın əsl müstəqil dövlət
olduğunu nümayiş
etdirən mühüm
faktorlardır. Bu uğurlar isə antiazərbaycançı şəbəkənin
planlarını alt-üst
edib. Ona görə onlar
müəyyən məkrli
planlarla Azərbaycanın
ictimai-siyasi həyatına
müdaxilə etmək
istəyirlər. Bu mənada Ə.Naibovun üzdəniraq əsəri
də prezident seçkiləri ərəfəsində,
düşmənlərimizin fəallaşdığı bir
vaxtda xalqımıza qarşı sifarişlə
yazılmış bir
əsərdir, real tariximizə
xəyanət nümunəsidir.
Ə.Naibovun Prezident İlham
Əliyevin sərəncamları
ilə fəxri addan və təqaüddən
məhrum edilməsi bütün Azərbaycan xalqının ürəyindən
xəbər verdi.
Vətənə xəyanət etmiş
bu adamın Azərbaycanda yaşamağa
mənəvi haqqı
yoxdur. Artıq ermənilər onu
qəhrəman ediblər.
Qoy gedib təəssübünü
və xiffətini çəkdiyi ermənilərin
yanında yaşasın.
Aydın HƏSƏNOV,
istefada olan polkovnik
Azərbaycan.-2013.- 12 fevral.- S.8.