İnnovativ təhsil mühitini
ixtisaslı kadr potensialı formalaşdırır
Əvvəllər təhsil ocaqlarında
fənlərin tədrisi
və təlim-tərbiyə
işləri əsas istiqamət sayılırdı.
Ali məktəbləri pedaqoji ixtisas üzrə bitirənlərin
ortabab biliyi və ciddi davranışı
ayrılan dərs yükünün öhdəsindən
gəlməyə imkan
verirdi.
Bu, bir tərəfdən
müəllim çatışmazlığı
ilə şərtlənirdisə,
digər tərəfdən
də şagirdlərin
xarici mühitlə əlaqələrinin çox
aşağı səviyyədə
və ya yox dərəcəsində
olması ilə bağlı idi. Ortabab bilik
sahibi olan müəllim də illər ötdükcə
təcrübə yığır,
öz fənni üzrə bilik və bacarığını
artıra bilirdi.
Müəllim, şagird üçün
də məqsəd təxminən eyni idi - yaxşı dərs demək və yaxşı oxumaq, əlavə tələb edilən keyfiyyət isə tərbiyəli olmaq sayılırdı.
Ancaq zaman dəyişdikcə tələblər,
təhsilə və təlimə münasibət
də kökündən
dəyişdi. Ötən zamanların prioritet
istiqamətləri indiki
təhsil dövrü
üçün primitiv
göründü. İndiki müəllim
də, şagird də texnoloji dünyanın pəncərəsindən
boylananda heç olmasa içəridəki
işığın niyə
yanıb-söndüyünün fərqində olmalıdır.
Yeni dövr, yeni texnologiya müəllimdən
də, şagirddən
də elmə və təhsilə yeni yanaşma tərzi tələb edir. Bunun üçün vacib amillərdən biri innovativ
təhsil mühitinin formalaşdırılması, təhsilin
maddi-texniki bazasının
müasir standartlara uyğun şəkildə
yaxşılaşdırılmasıdır.
Bu istiqamətdə həm regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı xətti, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə xeyli iş görülüb.
Bu iş təkcə paytaxt təhsilinə qayğı ilə məhdudlaşmır, regionları
da əhatə edir.
Kürdəmir rayonunda da təhsilin
maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli
tədbirlər həyata
keçirilib. Rayon təhsil
şöbəsinin müdiri
Tacəddin Novruzovdan aldığımız məlumata
görə, son dövrlərdə
rayonda müasir standartlara cavab verən 24 yeni məktəb binası tikilib istifadəyə verilib. Bu isə
həmin məktəblərdə
7 mindən çox şagirdin bir növbədə təhsil
almasına imkan yaradıb.
Hazırda rayonun Sor-sor, Qarasaqqal, Xırdapay, Sığırlı, Z.Əhmədov
adına Şilyan kənd tam orta, Qarabucaq kənd ümumi orta məktəbləri üçün yeni binaların tikintisi davam edir. Yeni tədris
ilində isə Cəyli, Köhünlü,
Qaramahmudlu, Xəlsə
kəndlərində yeni
məktəb binalarının
tikintisi nəzərdə
tutulub. Yeri gəlmişkən onu da qeyd
etmək lazımdır
ki, rayonun Çöl-Qubalı, Axtaçı-Qarabucaq
kəndlərində yaşayan
məktəb yaşlı
uşaqlar hər gün qonşu kəndlərdəki Ərəbqubalı,
Axtaçı kənd
tam orta məktəblərinə
getmək üçün
uzaq məsafə qət etməli olurlar. Sığırlı və digər
kəndlərdə də
belə problem var. Həmin
kəndlərdə məktəb
tikilsə mövcud çətinliklər aradan
qalxardı.
Şübhəsiz ki, yaradılan şərait təhsilin keyfiyyətinə birbaşa
təsir edən amildir. Başqa sözlə, göstərilən
fəaliyyət qazanılan
nəticə ilə şərtlənir. 2012-ci ildə Kürdəmirin ümumtəhsil məktəblərini
bitirmiş 1183 məzundan
463 nəfəri
(39%-i) ali məktəblərə qəbul
edilmək üçün
sənəd vermiş,
onlardan 207 nəfəri
(və ya sənəd verənlərin
44%-i) ali məktəblərə, 130 nəfəri
isə orta ixtisas məktəblərinə
qəbul olunmuşdur.
Tələbə adını qazananlardan
13 nəfəri 500, üç
nəfəri isə
600 baldan yuxarı nəticə göstərmişdir.
Bu baxımdan bir çox məktəblərin
(şəhər 1, 2, 3, 5, 6 nömrəli, Atakişili,
Köhnəbazar, Yenikənd
və digərləri)
məzunları yüksək
nəticələr qazansalar
da, rayonun 15-ə qədər tam orta məktəbindən bir nəfər də olsa ali
məktəbə daxil
olmayıb. Çox təəssüfedici və düşündürücü
haldır. Təhsil
şöbəsindən onu
da bildirdilər ki, bəzi məktəblərdən
ali məktəbə
daxil olmaq üçün heç ərizə verən də olmayıb. Yaradılan şəraitin, göstərilən
dövlət qayğısının
müqabilində çox
acınacaqlı faktdır.
Müəyyən çətinliklərə baxmayaraq,
nümunəvi şagirdlər
də çoxdur. İstər müxtəlif
fənlər üzrə
olimpiadalarda, müsabiqələrdə,
istərsə də hərbi-vətənpərvərlik oyunlarında, idman yarışlarında Kürdəmir
məktəbliləri uğurla
çıxış edirlər.
Şəhər 1 nömrəli
tam orta məktəbin
VIII sinif şagirdi Leyla Cəbrayılova ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti
ilə keçirilmiş respublika inşa-yazı müsabiqəsində
birinci yeri tutaraq, Təhsil Nazirliyinin mükafatına
layiq görülmüşdür.
Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri Ramil Heydərov və Elşən Məmmədov
iyun ayında yunan-Roma güləşi üzrə Dağıstan
Muxtar Respublikasında
keçirilmiş beynəlxalq
turnirdə müxtəlif
çəki dərəcələrində
birinci yeri tutaraq xüsusi diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
Bəlli həqiqətdir ki, indiki dövrdə kommunikasiya texnologiyalarından
istifadə bacarığına
yiyələnmədən geniş
elmi dünyagörüşünə
malik gənclərin yetişdirilməsi mümkün
deyil. Bu istiqamətdə
Kürdəmir Təhsil
Şöbəsində də
kompleks tədbirlər
hazırlanaraq həyata
keçirilir. T.Novruzovun verdiyi
məlumata görə,
2009-cu ildən indiyə
qədər rayon təhsil
işçilərinin 90 faizdən
çoxu İKT üzrə
treninq kurslarından keçmişdir. Bu gün 502 ədəd kompyuter Kürdəmir məktəblilərinin istifadəsindədir.
Əlbəttə, bu, işin
bir tərəfidir.
Digər
məsələ isə
ondan ibarətdir ki, şagirdlər kompyuterlərdən səmərəli
istifadə qaydalarına
əməl etməyi bacarsınlar.
2012-2013-cü
dərs ilində rayonda fəaliyyət göstərən 58 ümumtəhsil
məktəbində 15057 şagirdin
təlim-tərbiyəsi ilə
1550 müəllim məşğul
olur. Əlavə olaraq 13 ixtisas üzrə 71 müəllim
üçün Təhsil
Nazirliyinə sifariş
verilməsinə baxmayaraq,
indiyə kimi cəmi 44 nəfər ixtisaslı kadr göndərilib. Bu da tələbatdan azdır.
Unudulmamalıdır ki, innovativ təhsil
mühitinin formalaşmasında,
təhsil uğurlarının
qazanılmasında ixtisaslı
kadr potensialının
əhəmiyyəti böyükdür.
T.MƏMMƏDOV
Azərbaycan/-2013.- 12 fevral.-
S.10.