Şimali Kiprdə xalq yazıçısı Elçinin əsəri əsasında səhnələşdirilmiş «Qatil» tamaşası göstərildi

 

Şimali Kipr Dövlət Teatrı yeni mövsümdə xalq yazıçısı Elçinin əsəri əsasında səhnələşdirilmiş "Qatil" tamaşasını sənətsevərlərə təqdim edir.

Şimali Kipr Dövlət Teatrının müdiri Hakan Yozcu AzərTAc-a bildirmişdir ki, azərbaycanlı rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Şimali Kipr Dövlət Teatrları İdarəsi arasında imzalanmış protokol əsasında səhnələşdirilmişdir.

Tamaşada rolları kiprli aktyorlar Oya Akın, Tuyqun Töre, Yılsay ÖzbudakBilen Kılıç ifa edirlər.

Şimali Kipr Dövlət Teatrının rejissoru Yılsay Özbudak həm də tamaşanın rejissor köməkçisi olmuşdur. Gözəl səhnə effekti və musiqi tərtibatının müəllifləri olan Hüseyin Özinal və Utku Yerebakanın birgə səyləri tamaşaya xüsusi ahəng qatır.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2013.- 12 fevral.- S.11.