Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2006-cı il 31 mart tarixli 91 nömrəli
qərarı ilə təsdiq edilmiş "GOV.AZ domeninin
inzibatlaşdırılması Qaydaları"nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
№ 20 Bakı şəhəri, 8
fevral 2013-cü il
"Azərbaycan
Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Agentliyi haqqında Əsasnamənin və
Agentliyin strukturunun təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 28 noyabr tarixli 752 nömrəli
Fərmanının 3.2-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 31 mart tarixli 91 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹
3, maddə 310) ilə təsdiq edilmiş "GOV.AZ domeninin
inzibatlaşdırılması Qaydaları"nda
aşağıdakı dəyişikliklər edilsin:
1.1.
2.2-ci bənddə "Azərbaycan Respublikasının
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi
Rabitəsinin (bundan sonra - XDMX-nin Xüsusi Rabitəsi)"
sözləri "Azərbaycan Respublikası Xüsusi Dövlət
Mühafizə Xidmətinin Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin
(bundan sonra - XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Agentliyi)" sözləri ilə əvəz
edilsin;
1.2.
mətn üzrə ismin müvafiq hallarında "XDMX-nin
Xüsusi Rabitəsi" sözləri ismin müvafiq
hallarında "XDMX-nin Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Agentliyi" sözləri
ilə əvəz edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2013.- 13 fevral.- S.5.