Azərbaycan enerji sahəsində
əməkdaşlıq məsələlərində
etibarlı tərəfdaşdır
Azərbaycan
Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov
fevralın 12-də Avronest Parlament Assambleyasının (PA)
enerji təhlükəsizliyi komitəsinin Bakıda
keçirilən iclasının iştirakçıları
ilə görüşmüşdür.
O.Əsədov
demişdir ki, Azərbaycan Avropanın bütün demokratik təşkilatları,
o cümlədən Avronest PA ilə əməkdaşlığın
inkişafında maraqlıdır. Assambleyanın ikinci
sessiyasının, eləcə də bu komitənin
iclasının Bakıda yüksək səviyyədə
keçirilməsi deyilənlərin əyani sübutudur.
Komitənin
Bakıda keçirilən iclasında müzakirə olunan məsələlər,
xüsusən enerji təhlükəsizliyi olduqca əhəmiyyətlidir
və düşünürük ki, bu cür
görüşlər, aparılan danışıqlar bizim əməkdaşlığımızı
daha da genişləndirir və möhkəmləndirir,
qarşıya qoyduğumuz məqsədlərə nail olunmaqda
xüsusi rol oynayır.
Milli
Məclisin Sədri komitənin fəaliyyətlərinə
uğurlar arzulamış, müzakirə olunan məsələlərin
Avronest PA-nın zirvə toplantısında təsdiq ediləcəyinə
ümidvar olduğunu bildirmişdir.
Enerji
təhlükəsizliyi komitəsinin həmsədri, Avropa
Parlamentinin deputatı Yiri Mastalka göstərilən qonaqpərvərliyə
və yüksək təşkilatçılığa
görə Azərbaycan tərəfinə təşəkkürünü
bildirmişdir.
O
demişdir: "Biz Bakıda keçirdiyimiz görüşlərdə
və aparılan müzakirələrdə azərbaycanlı
mütəxəssislərin fikirlərini dinlədik və bir
daha əmin olduq ki, Azərbaycan enerji təhlükəsizliyi və
enerji sahəsində əməkdaşlıq məsələsində
etibarlı tərəfdaşdır. Biz həmkarlarımızın,
eləcə də rəsmi Bakının Avropa ilə əlaqələrin
inkişafına verdiyi töhfəni yüksək qiymətləndiririk".
Sonra
görüşdə Azərbaycanın Avropaya inteqrasiyası,
Avronest PA ilə əməkdaşlıq və
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 13 fevral.- S.5.