SÖHBƏT ANAMIZ AZƏRBAYCANDAN GEDİRSƏ...
Tarixdə öz xalqına, dövlətinə və millətinə xain çıxan, arxadan kürəyinə bıçaq saplayan qələm sahibləri də olub!
Müxtəlif səbəblərdən dönüklük göstərənlərin aqibəti isə nəticə etibarı ilə eyni olub: xalqın qınağı, töhməti, qəzəbi və nifrəti! Bir də qələm sahibinin alnına vurduğu ömürlük lənət damğası!
Bu gün xalqımız tərəfindən millətə xəyanət kimi dəyərləndirilən hadisələrdən biri hələ XIX əsrdə, Əkrəm Naibovun "Daş yuxular" "əsəri"nin dərc olunduğu "Drujba narodov" jurnalının çıxdığı Rusiyada baş vermişdi. O zaman məşhur rus tənqidçisi V.Belinski "Dostlarla yazışmadan parçalar" adlı son kitabı ilə özünü biabır edən N.Qoqola bir məktub da ünvanlamışdı. Az qala rus gəncliyinin əzbər bildiyi "Qoqola məktub"da deyilirdi: "Burada söhbət mənim, ya sizin şəxsiyyətinizdən getmir. Barəsində danışdığınız məfhum məndən, hətta sizdən də dəfələrlə yüksəkdə dayanır. Söhbət rus cəmiyyətindən, Rusiyadan gedir".
Əkrəm Naibovu xalqın qəzəb və nifrət ünvanına çevirən "Daş yuxular"da da söhbət ayrı-ayrı fərdlərdən yox, bütövlükdə Azərbaycan xalqından, onun ən həssas nöqtəsi və hələ də qanı kəsilməmiş Qarabağ yarasından, işğal altındakı müqəddəs torpaqlarından gedir!
Söhbət
Anamız Azərbaycandan gedəndə isə hamı qeyrətli
və vicdanlı, obyektiv və dərrakəli, vətənpərvər
və qərəzsiz olmağı bacarmalıdır!
Bu,
Azərbaycanda yaşayan və azərbaycanlı adını
daşıyan bütün xalqlara və millətlərə də
aiddir.
ƏGƏR
SÖHBƏT ANAMIZ AZƏRBAYCANDAN GEDİRSƏ...
burada fərdi yox, milli və dövləti maraq olmalıdır;
heç bir şirnikləndirici vədə, mükafata (onsuz da heç kim sənə Nobel mükafatı verən deyil) susamaq yaramaz;
təmənnasında olduqlarını ala bilmədiyinə görə (amma əslində özünə, ailəsinə də hər şey artıqlaması ilə verilmişdi) dövlətə "müharibə elan etməyə", xalqdan qisas almağa da yer yoxdur!
Azərbaycan Anamızdır! Adam anası barədə hədyanlar danışmaz!
Adam başqasına xoş getməkdən ötəri anasını ləkələməyə, millətini şərləməyə, olmayan şeyləri uydurmağa çalışmaz!
Adam anasını (Azərbaycanı) pula, mükafata, ucuz söhrətə satmaz!
İndi çoxlarını bir sual maraqlandırır: Əkrəm niyə belə etdi?
Siyasi şantaj janrında yazdığı "əsər"lə nə demək və nəyə nail olmaq istəyir?
Heç
də sadə olmayan sualdır! Çünki bu addımı
atan 76 yaşlı adamdır və demək olar ki,
yazıçı kimi hər şeyi vardı! Həm də
artıqlaması ilə!
BU, XƏYANƏTDİR!
İlk növbədə həqiqətə
xəyanətdir! Çünki əsl həqiqət Əkrəm
Naibovun
yazdığı kimi deyil!
Tarixə xəyanətdir!
Çünki "əsərdə" tarix
saxtalaşdırılıb, tərsinə çevrilib!
Millətə xəyanətdir!
Çünki Azərbaycan xalqı Əkrəmin
yazdığı kimi
qəddar, ... pis deyil!
Yazıçı ideallarına xəyanətdir!
Çünki həmin ideallar bu "əsərdə"
ayaqlar altına atılıb!
Şəhidlərin ruhuna xəyanətdir!
Çünki Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsində verdiyimiz 20 min şəhiddən
biri belə anılmayıb!
Kəndinə, el-obasına xəyanətdir!
Çünki Əylis camaatı Əkrəmin bu "əsərdə"
təsvir etdiyi kimi deyil!
Bir
neçə il bundan qabaq Bakı hava limanında
naxçıvanlı bir gənc (təəssüf ki,
adını unutmuşam) Azərbaycana gələrək
Qarabağın Ermənistana məxsusluğu barədə
jurnalistlərə müsahibə verən bir erməni
dığasına babat şillə vurmuşdu!
Bu
şillə əslində bütün ermənilərə dəymişdi!
İndi
isə daxili "mən"i erməni olan, əli rusca yazan,
dili azərbaycanca
danışan Əkrəm Naibov "Daş
yuxular"ı ilə Azərbaycan xalqına xəyanət
şilləsi vurdu!
O
heç kəsin tanımadığı Azərbaycan gənci,
bu isə qocalmış, bir ayağı burda, o biri
ayağı gorda olan Azərbaycan yazıçısı!
Şapalaq
demişkən... Əlbəttə, Əkrəm Naibov çox
arzulayır ki, kimsə ona bir şapalaq vursun və
şapalağın yeri qızarsın! Çünki
həmin şapalaqdan və qızarmış şillə
yerindən yaxşı bəhrələnə bilər.
Amma Azərbaycan
xalqı onun təsvir etdiyi kimi qəddar deyil!
Çox
mədəni şəkildə əsərlərinə od vurub yandırdı! Özü də ikinci dəfə!
Allaha və
Onun Peyğəmbərinə sataşan, xalqına xain və
nankor çıxan Əkrəmin özü isə Cəhənnəmin
Qır qazanında yanacaq!
Əkrəm Naibov siyasi şantaj janrında
yazdığı "əsərində" əylislilərə
şər və böhtan ataraq onları aşağılamaq
istədi.
Amma əylislilər
mərdlikləri və prinsipiallıqları ilə nankorun
cavabını verərək onu lənətlə
damğaladı, hər cür şər-şəbədədən
yüksəkdə durduğunu göstərdi!
Erməniyə
yaltaqcasına xidmət göstərərək yarınan Əkrəmin
bütün
kitablarını ictimai şəkildə
yandırdı!
Və
bundan sonra kəndin adından yazıçı təxəllüsü
kimi istifadə etməsinə qadağa qoydu!
Yəqin
ki, belə dönüyün və nankorun kənd qəbiristanlığında
basdırılmasına da yol verməyəcəklər!
Körpəliyindən
yetim
qalaraq kənd camaatının rəhmi və köməyi ilə
boya-başa çatan Əkrəmə kimsənin öz
haqqını halal edəcəyini də
düşünmürəm!
ADAM SU
İÇDİYİ QUYUYA TÜPÜRMƏZ, - deyiblər!
Əkrəm Naibov həmişə
su içdiyi quyuya tüpürüb! Amma yenə həmin quyudan su içib!
Vəzifəyə
keçmək, kitablarını çap etdirmək
üçün intriqalar yaradıb!
Amma həmişə
düzlükdən, səmimiyyətdən danışıb!
Çörək kəsdiyi
dostlarının üzünə gülüb. Amma daldada
paxıllığını çəkib, badalaq gəlib!
Kişilikdən, mərdlikdən
söz açıb. Amma ona xeyirxahlıq edənlərə,
dar günündə qolundan tutanlara namərdlik edib, əsərlərində
riyakarcasına atmacalar atıb!
Ağızdolusu vətənpərvərlikdən
danışıb. Amma vətənimizin bu çətin,
sınaqlı günlərində bizi ermənilərə
satdı, özündən sonra da illər boyu əleyhimizə
işləyəcək sifarişli "əsər"
yazdı!
UTANMASAN
OYNAMAĞA NƏ VAR! - Bu isə başqa bir atalar sözüdür
Millətini sevməsən (hərçənd
ki, Əkrəm Naibovun damarlarından təmiz türk qanı
axması böyük şübhə doğurur), onu
aşağılamağa nə var!
Xalqına
düşmənçilik niyyətinə düşsən,
arxadan bıçaq soxmağa nə var!
Dövlətinə xəyanət
yolu tutsan, şərəfsiz üsul və vasitə tapmağa
nə var!
Kənd-kəsəyindən üz
çevirsən, həmkəndlilərinə böhtan ataraq
şərləməyə nə var!
Doğmalarını
düşünməsən, onları biabır edərək
başıaşağı etməyə nə var!
CƏHƏNNƏMƏ GEDƏN
ÖZÜNƏ YOLDAŞ AXTARAR!
Əkrəm
Naibovun belə yoldaşları çoxdur!
Mətbuata sızan informasiyaya görə, reneqat Eldar
Namazovun dəstəsinin üzvlərinin Əkrəmin son
"əsəri"ndən xəbərləri olub. Hətta "Daş
yuxular"ı kitab şəklində oxuyaraq ona öz
tövsiyələrini də veriblər! Başqa
sözlə, Azərbaycan xalqına və onun maraqlarına
qarşı yönələn bu xəyanət əməlinə
ilk günlərdən həmmüəlliflik ediblər.
Bu gün
də İsa Qəmbər, Əli Kərimli, İctimai
Palatanın bəzi üzvləri (deyəsən, Əkrəmin
"Ətirşah Mazan" povestini unudublar), reneqat Eldar
Namazovun dəstə üzvləri - reneqat Rüstəm
İbrahimbəyov, Rafiq Əliyev, Gültəkin Hacıbəyli,
özlərini postmodernist adlandıran, əsərləri Biləcəridən o taya keçməyən
yazarlar "demokratiya" (xalqa
xəyanətin demokratiyaya, söz azadlığına nə
dəxli var?!) adı ilə dolayısı şəkildə Əkrəm
Naibovu və onun "əsər"ini
müdafiə edirlər!
Niyə dolayı yolla?
Çünki xalqın qəzəb və nifrətindən
qorxurlar.
İsa Qəmbər və Əli Kərimli əndirəbadi
çıxışlarla "tənqid"
görüntüsü yaratmaq istəyirlər. Amma onların əsas
qınağı xalqa qarşı yönəlmiş olur! Guya
yazıçının üzərinə bu sayaq
getmək olmaz, bu, Avropaya xoş gəlməz və s.
Əslində
onlar belə mövqe ilə yazanı (edəni) yox,
qınayanı (görəni) ittiham edirlər!
Belə məntiq
yalnız Azərbaycanın aqressiv müxalifətində ola bilər!
Deyir,
tamarzıdan kəs, dadanmışa ver!
Cavanlığında, istedadlı vaxtlarından Əkrəm
Naibov povest və hekayələr yazıb çap etdirər, mətbuatda
təriflənərdi. Artıq istedadı tükəndiyindən gündəmə
çıxa, təriflənə, mükafat ala bilmir!
İSTEDAD TÜKƏNƏNDƏ:
onun yerini intriqa,
qalmaqal, cığallıq, yetənə yetib, yetməyənə
bir daş atmaq şakəri tutur;
hamının
dediyinin əksinə gedərək "fərqlənmək"
həvəsi tutur;
xəyanətlə
də olsa, gündəmə gəlmək, müzakirələr
predmetinə çevrilmək istəyi tutur;
xaricdə
çap olunmaqdan ötrü düşmən sifarişini icra
etmək naminə nökərçilik xisləti tutur!
Əkrəm Naibov ona
verilən "tapşırığı" "yüksək
səviyyədə" icra etdi.
İndi qalır "malades" almağı.
Bu
"malades"in yağlı olmasından ötrü:
- dissident adına yiyələnmək;
- vətəndaşlıqdan məhrum edilmək;
- yaxud, bir balaca fiziki təzyiqə məruz qalmaq
vacibdir!
İndi Əkrəm
Naibov buna çalışır!
Bunların hamısını "çötkəyə"
vuraraq yaxşıca hesablayıb.
Amma
"çötkəsi" düz işləmir: itirdiyi ilə
qazandığının balansı yaxşı
görünmür!
"Qazancı"
(əgər bunları qazanc saymaq mümkünsə) nə ola bilər:
- milyonlarla dollar qonorar (artıq Rusiyada və Ermənistanda
"Daş yuxular" çap edilir);
- çoxsaylı "yaradıcılıq"
mükafatları (bunun əsl adı "ədəbi
rüşvət"dir);
- "əsərin"
erməni diasporlarının fəaliyyət göstərdikləri
ölkələrin xalqlarının dillərinə tərcüməsi
(yəni qonorar formasında rüşvət) və nəşri;
- Ermənistanda
dönə-dönə nəşr (sevdiyi və xidmət
etdiyi millətin hər bir üzvü sifarişin icrasına əmin
olmalıdır);
- Əkrəm
Naibov fondu yaradaraq dünya erməniliyindən oraya külli
miqdarda vəsait toplamaq!
İtirilən
isə:
- əvvəlki hörmət-izzət;
- vətən, xalq, millət;
- doğmalar, dostlar, həmkəndlilər;
- urvatlı gor
evi!
Əkrəm
Naibov erməniləri mədh edərək azərbaycanlıları
aşağılayan "əsəri"ni
elə bir vaxtda yazıb ki:
Artıq dünya Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ haqda həqiqətləri daha dərindən
öyrənməyə başlayıb;
Dünya Xocalıya ədalət istəyir;
Dünya Xocalı
soyqırımının baş verdiyini qəbul edərək
onu qiymətləndirməyə başlayıb;
Dünya dövlətlərinin
parlamentləri bir-birinin ardınca Xocalı
soyqırımı barədə qərarlar qəbul edirlər.
Əkrəm
Naibov isə öz "əsərində" Xocalı
soyqırımının adını bir dəfə də
olsun belə çəkməyib:
Əkrəm
Naibov əksini, azərbaycanlıların soyqırımı
törətdiklərini isbat etməyə
çalışır!
V.Belinski
"Dostlarla yazışmadan parçalar" adlı
biabırçı kitab yazan N.Qoqolu qəzəblə
qınayırdı:
"Xalq öz yazıçısına pis, istedadsız
kitabı bağışlamağa hazırdı, amma ona zərər
vuracaq kitabı bağışlamağa hazır deyil".
"Əgər siz Rusiyanı sevirsinizsə,
kitabınızın rüsvay olmasına mənimlə birlikdə
sevinin!"
Gözəl deyilib, amma müəyyən fərqlər
var.
Əvvəla,
Əkrəm Naibov heç Qoqolun dırnağı da ola bilməz!
İkincisi,
rüsvay olan onun kitabı yox, özüdür!
Əkrəm
Naibov "dünya tarixi"nə düşməyə can
atırdı...
Tarixə
"düşdü"!
Amma Azərbaycan
torpaqlarını işğal edərək 20 min vətəndaşımızı
qətlə yetirən düşmən dövlətin tarixinə!
Azərbaycan
ədəbiyyatı tarixinə də "düşdü"!
Amma əsərləri
xalq tərəfindən yandırılan, "xalq
yazıçısı" adı əlindən alınan, həmkəndliləri
tərəfindən yazıçı təxəllüsündən
məhrum edilən, vətənə və qələmə xəyanət
edən cılız insan kimi!
Əkrəm
Naibovun "əsəri" uzun illər boyu düşmənlər
tərəfindən əleyhimizə işlədiləcək!
Özü
isə daima xalq tərəfindən lənətlənəcək,
söyüləcək, gor evində də rahat yata bilməyəcək!
Vətənin
məhəbbəti kimi, nifrəti də müqəddəsdir!
Bəxtiyar
SADIQOV
Azərbaycan.-2013.- 13 fevral.- S.8.