Rumıniyanın Mədəniyyət İnstitutu ilə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi arasında əməkdaşlıq sazişi imzalanmışdır

 

Fevralın 12-də Rumıniya Mədəniyyət İnstitutu ilə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi arasında əməkdaşlıq sazişi imzalanmışdır. Tədbirdə Rumıniya Mədəniyyət İnstitutunun sədri Andrei Marqa, sədr müavini Horia Garbea, institutun şöbə rəisləri, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin müşaviri Fərid Əbdinbəyov və Rumıniya dövlət KİV-nin nümayəndələri iştirak etmişdirlər.

Tədbir zamanı İqbal Hacıyev Rumıniyada Heydər Əliyev Fondunun fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat vermiş və yeni imzalanmış əməkdaşlıq sazişinin Rumıniyada mədəniyyət layihələrin həyata keçirilməsi üçün böyük dəstək olmasını vurğulamışdır. Sədr Andrei Marqa Heydər Əliyev Fondunun Rumıniyadakı fəaliyyətini yüksək dəyərləndirdiyini və böyük önəm verdiyini bildirmişdir. Sədr yeni imzalanmış sazişin iki xalq arasında olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulamışdır.

Tədbirin sonunda Andrei Marqaya Heydər Əliyev Fondu tərəfindən hazırlanmış suvenirlər təqdim edilmişdir.

Rumıniya Mədəniyyət İnstitutu dövlət qurumu olaraq 2003-cü ildə rumın mədəniyyətini  Rumıniya və Rumıniyanın xaricində təbliğatı üçün yaradılmışdır. Rumıniya Mədəniyyət İnstitutunun 18 ölkədə nümayəndəliyi vardır. Ali məktəb bu ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları ilə sıx əməkdaşlıq edir.  

 

 

AzərTAc

 

Buxarest

 

Azərbaycan.-2013.- 13 fevral.- S.11.