Arkanzas ştatının Senatı
Xocalı faciəsini tanımışdır
Xəbər verdiyimiz kimi, Arkanzas ştatının Nümayəndələr Palatası fevralın 8-də Xocalı faciəsini tanımışdır. Dağlıq Qarabağda Azərbaycan əhalisinin kütləvi qətliamını tanıyan HR1004 nömrəli qətnamə konqresin üzvləri Conatan Barnett və Kerin Hopper tərəfindən ştatın qanunverici orqanının aşağı palatasına təqdim olunmuşdur.
Analoji qətnamə fevralın 11-də həmin ştatın qanunverici orqanının yuxarı palatasında qəbul edilmişdir. Senatın SR6 nömrəli qətnaməsi (müəllif senator Brayan Kinqdir) Xocalı soyqırımının Arkanzas ştatının parlamenti tərəfindən tam tanınmasının təminatı olmuşdur. Arkanzas Nyu-Meksikodan sonra ikinci ştatdır ki, Xocalı faciəsinin tanınması üzrə qətnamə qanunverici orqanın hər iki palatasında qəbul edilmişdir.
Xatırladaq
ki, Nyu-Meksiko parlamenti Xocalı faciəsinə dair qanun layihələrini
2013-cü ilin yanvarında qəbul etmişdir.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan.-2013.- 13 fevral.- S.11.