«Erməni
soyqırımı» avantürasına ən böyük
dəstək Əkrəm Naibovdan gəldi
"İstiqlal"
ordenli "yazıçı" Azərbaycan xalqının
və dövlətinin istiqlalına balta vurub
Əkrəm
Naibovun "Daş yuxular" "əsəri" milli mənliyimizi,
mənəviyyatımızı təhqir edən, tariximizi
saxtalaşdıran, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsində
erməni işğalına bəraət qazandıran,
bütövlükdə millətə və dövlətə
xəyanəti əks etdirən bir yazıdır. Bu şəxsin
Rusiyanın "Drujba narodov" jurnalında dərc etdirdiyi
cızmaqarası onun nəinki vətən, dövlət, millət
hissindən, hətta kosmopolit insana da xas ali insani keyfiyyətdən
- vicdan və ədalət hissindən məhrum olduğunu
üzə çıxardı. İnsanın nəyinsə
xatirinə həqiqətə, haqqa qarşı
çıxması, hətta vicdanının səsinə
qulaq asmaması ən sonuncu vasitədir.
Ə.Naibovun son illərdəki hərəkətlərini
kənardan müşahidə etdikdə onun qeyri-ciddi, öz mənafeyini
hər şeydən üstün tutan, həqiqəti danmaq yolu
ilə fərqlənən xəstə təxəyyülün
daşıyıcısı olduğu üzə
çıxır. Bəllidir ki, erməni təcavüzkarları
2015-ci ildə qondarma erməni soyqırımının 100
illiyinə ciddi hazırlaşırlar. Ə.Naibov isə onlara
ən "dəyərli" sənəd hazırlayıb. Bəllidir
ki, Nobel mükafatı almağa can atan yazıçılar
guya bəşəri dəyərlər naminə milli
mentaliteti, milli dəyərləri, ənənələri
öldürən, əvəzində manqurtluğu, smitizmi təbliğ
edən əsərlər yazmağa meyil edirlər! Belə
yazıçılar adətən qaranlıq nikahlardan
doğulan, qanı qarışıq adamlar içərisindən
çıxır! Xəyanət, iftira onlar üçün
qorxunc ifadələr deyildir. İstənilən zaman həmin
şəxslər xəyanətə, yalana əl ata bilir və
sifariş əsasında mənliyini, şərəfini də
bir yazı üçün hədər etməkdən belə
çəkinmir. Məhz
Ə.Naibov da həmin
üzdəniraq "əsərində" bütün
azərbaycanlıların prototiplərini qəddar, şikəst
və qeyri-etik sözlərlə təsvir
edir, erməniləri isə mədəni,
qəhrəmanlaşdırılmış formada
göstərir. Belə insanlara
Azərbaycan xalqı olaraq ictimai
nifrətimizi bildirməliyik, milli mənsubiyyəti
olmayan bir şəxsin
bəşəri hisslərdən danışmağa heç haqqı yoxdur. Əkrəm
Naibov xalqımıza iftira
atmaqla və həqarət etməklə təkcə
azərbaycanlılara deyil, bütün
insanlığa, bəşəri dəyərlərə
xəyanət edib. O bu
xəyanətin cəzasını çəkməlidir.
Kiminsə
millət, vətən təəssübkeşliyi, milli qürur hissi olmaya bilər. Amma
vicdansızlıq elə bir keyfiyyətdir
ki, həqiqəti həyasızcasına danmaq, milyonlarla insanın haqq bildiyini nahaq kimi qələmə
vermək formasında təzahür edir. Əkrəm
Naibov həmin cızmaqarada azərbaycanlılar
haqqında hansısa həqiqəti açıq və
özünütənqid ruhunda desəydi, buna bəlkə də
dözümlü yanaşmaq,
onu qınamamaq, bağışlamaq
olardı. Fəqət, Azərbaycan xalqını məyus edən,
sarsıdan budur ki,
yazıçı saydığımız, şan-şöhrət
sahibi etdiyimiz adam hətta adi vicdan hissindən belə məhrum imiş. Fəaliyyəti Azərbaycan dövləti
tərəfindən kifayət qədər
yüksək dəyərləndirilən Əkrəm Naibovun "Daş yuxular" cızmaqarası ilə uzaqlarda daha nələrəsə
iddia etməsinin nəticəsi isə
xalqın inam və etimadını itirməsi,
nifrətini qazanması ilə nəticələndi.
Xalqın
iradəsinə söykənən Prezident
İlham Əliyevin Əkrəm Naibovun xalq yazıcısı adından və Prezidentin fərdi təqaüdündən məhrum
olunması barədə imzaladığı sərəncam cəmiyyətdə
xalq-hakimiyyət birliyinin təntənəsi
kimi qiymətləndirilir. Bu
şəxs xalqına iftira atmaqla və həqarət etməklə təkcə
azərbaycanlılara deyil, bütün
insanlığa, bəşəri dəyərlərə xəyanət
etdi. O, vətəndaşlıq hissini, duyğusunu itirib. O, dərk etmir ki, verdiyimiz şəhidlər,
torpaqlarımızın işğal
altında olması və digər faciələrimiz erməni
vəhşiliyinin nəticələridir. Bunu
başa düşməyən Əkrəm
Naibov Azərbaycan xalqını
aşağılamağa, erməniləri isə "ucaltmağa" cəhd göstərir. Bu da onun
ermənilərdən sifariş
aldığını göstərir. Əsl cəza isə
xalqın ona olan nifrətidir.
Əkrəm Naibovun əsəri bədii təxəyyülün
məhsulundan daha çox
siyasi bəyanata bənzəyir. Dünyada haqsızlıqların, ədalətsizliyin
olduğu təqdirdə Əkrəm Naibovun belə bir əsər
yazması Azərbaycan xalqına arxadan zərbə
vurmaq deməkdir. Azərbaycana
qarşı istər hərbi, istərsə də siyasi diplomatik hücuma keçənlərə bu əsərlə yardım edilməsi deməkdir.
Bununla Əkrəm Naibov
özünü Balayan
və Kaputikyanla bir cərgəyə
qoyub. Erməni yazıçıları hər
zaman böhtan, yalan yazıblar. Əkrəm Naibov
ermənilərin Dağlıq Qarabağda,
Xocalıda törətdikləri qırğını unudub, Sumqayıtdakı hadisələri isə
xatırlamaq istəmir. Mənim fikrimcə, müəyyən
dairələr tərəfindən Əkrəm Naibova əsərin süjeti
verilib və yazmaq
tapşırılıb. "İstiqlal"
ordenli bir
yazıçı bu əsəri ilə
Azərbaycan xalqının və dövlətinin
istiqlalına balta vurub.
Əkrəm
Naibovun bu romanına
Azərbaycan ictimaiyyəti etiraz etməyəcəksə,
bu ləkə bütün
Azərbaycan ədəbiyyatının, ictimaiyyətinin
üstündə qalacaq. Kim
Əkrəm Naibovu müdafiə edirsə,
bu ləkəni onunla
paylaşır. Millətə atılan bu ləkə Azərbaycan xalqının
üstündə deyil, Əkrəm Naibovun və onu müdafiə
edənlərin üstündə qalmalıdır. Çünki öz
xalqı ilə bir yerdə olmayan, onun mübarizəsinə
dəstək verməyən, onun
tapdalanmış hüquqlarının bərpasına
çalışmayan, əksinə, bəşərilik
pərdəsi altında, başqa xalqı
böyük göstərmək naminə,
öz xalqını aşağılayan, ona rişxənd edən bir
qələm sahibinin o
xalqın yazıçısı adını
daşımağa mənəvi haqqı yox
idi: "Daş yuxular" Azərbaycan xalqına, millətimizə
qarşı yönəlmiş mənəvi terror,
antimilli cinayətdir. Azərbaycan
yazıçısının adını batıran Ə.Naibov eyni zamanda
gələcək nəsillərin əsl vətəndaş kimi yetişməsinə də böyük
zərbə vurub. Ümumiyyətlə, onun bu "əsəri"
qaranlıq gələcəyə hesablanmış, gələcəyi
dağıtmağa yönəlmiş təhlükə
mənbəyidir.
Əlican BABAYEV,
Dövlət İqtisad Universitetinin "İqtisadi
nəzəriyyə-1"
kafedrasının müdiri,
iqtisad
elmləri doktoru, professor
Azərbaycan.-
2013.- 14 fevral.- S.5.