Firidun bəy Köçərlinin 150 illik yubileyi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
2013-cü
ildə Azərbaycanın görkəmli ədəbiyyatşünas
alimi, tanınmış maarifpərvər,
ictimai xadim,
publisist-yazıçı, tənqidçi və tərcüməçi
Firidun bəy Əhməd ağa
oğlu Köçərlinin anadan olmasının 150 illiyi
tamam olur.
Firidun bəy Köçərli
Azərbaycan ədəbiyyatının tarixi
inkişaf yoluna dair qiymətli mənbə təşkil edən
əsərlər yaratmış və çoxcəhətli zəngin
fəaliyyəti ilə ictimai-mədəni fikrin
təşəkkülünə mühüm
töhfələr vermişdir. Ölkəmizdə
təhsil sisteminin milli əsaslar
üzərində qurulması prosesində onun
maarifçi ziyalı kimi
apardığı işlər böyük
əhəmiyyətə malikdir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və Azərbaycan mədəniyyətinin
inkişafı naminə xidmətlərini nəzərə alaraq, Firidun bəy
Köçərlinin 150 illik yubileyinin keçirilməsini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər
Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi və
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə
alınmaqla, Firidun bəy Köçərlinin
150 illik yubileyinə həsr olunmuş tədbirlər planını
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 14 fevral 2013-cü il
Azərbaycan.-
2013.- 15 fevral.- S.1.