«Xocalı
soyqırımının iyirmi birinci ildönümünün keçirilməsinə
dair tədbirlər planı» təsdiq edilmişdir
Azərbaycan Respublikası Prezidenti
Administrasiyası rəhbərinin sərəncamı ilə
"Xocalı soyqırımının iyirmi birinci
ildönümünün keçirilməsinə dair tədbirlər
planı" təsdiq edilmişdir.
Tədbirlər
planında Xətai rayonunda, Naftalan şəhərində Xocalı
soyqırımı qurbanlarının xatirəsinə
ucaldılmış abidələrin önünə əklil
qoyulması, Azərbaycan Respublikasının xarici
ölkələrdəki səfirliklərində, nümayəndəliklərində
və diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat
konfranslarının, anma mərasimlərinin
və s. keçirilməsi, xarici KİV və teleradio
kanallarında Xocalı soyqırımına həsr olunmuş materialların yayılması nəzərdə
tutulmuşdur.
Sənədə
əsasən, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi
salonlarında, ali və orta
təhsil ocaqlarında xatirə gecələri, foto-rəsm sərgiləri,
şahidlərlə görüşlər və s. keçiriləcək, milli
azadlıq uğrunda mübarizəyə həsr
olunmuş sənədli və bədii filmlər nümayiş etdiriləcəkdir.
Rəsmi
dövlət strukturları rəhbərlərinin, Milli Məclisin deputatlarının və
ziyalıların iştirakı ilə xocalılıların
müvəqqəti məskunlaşdıqları şəhər
və rayonlarda (Bakı, Sumqayıt, Gəncə,
Mingəçevir, Şəki, Naftalan, Goranboy, Bərdə, Sabirabad,
Göyçay, Zaqatala,
Oğuz, Balakən) şəhid ailələrinə
yardım göstəriləcəkdir.
İldönümü ərəfəsində internet şəbəkəsinə Xocalı
soyqırımını əks etdirən məlumatlar daxil ediləcək, ölkə mətbuatında,
televiziya və radiolarında, kütləvi
informasiya vasitələrində bu soyqırımı ilə bağlı materiallar veriləcəkdir.
Fevralın
25-də təhsil müəssisələrində ilk dərslər bu faciəyə
həsr olunacaq, ayın 26-da saat 17.00-da bütün
ölkə ərazisində Xocalı soyqırımı
qurbanlarının xatirəsi bir dəqiqəlik
sükutla yad ediləcəkdir.
AzərTAc
Azərbaycan.-
2013.- 15 fevral.- S.1.