Serbiya Respublikasının Prezidenti zati-aliləri cənab Tomislav Nikoliçə
Hörmətli cənab Prezident!
Serbiya Respublikasının milli bayramı - Dövlətçilik Günü
münasibətilə Sizi
və xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Əminəm ki, Azərbaycan
ilə Serbiya arasındakı dostluq əlaqələrinin inkişafı,
ikitərəfli qaydada
və beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı maraqlara
əsaslanan əməkdaşlığımızın
daha da dərinləşməsi
bundan sonra da xalqlarımızın mənafelərinə xidmət
edəcəkdir.
Bu yaxınlarda Azərbaycana etdiyiniz səfərinizi məmnunluqla
xatırlayıram.
İnanıram ki, səfər
zamanı Sizinlə görüşlərimiz, apardığımız
danışıqlar, imzalanmış
sənədlər, o cümlədən
dostluq münasibətləri
və strateji tərəfdaşlıq haqqında
Bəyannamə ikitərəfli
münasibətlərimizin inkişafı
üçün yeni imkanlar açacaqdır.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir,
dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 fevral 2013-cü il
Azərbaycan.-
2013.- 15 fevral.- S.1.