RUMINİYA PARLAMENTİNİN DEPUTATLAR PALATASI

 

Demokrat Liberal Partiyasının Parlament Qrupu SİYASİ BƏYANAT

 

"Dağlıq Qarabağ münaqişəsi" 12 fevral 2013-cü il tarixli iclas

 

- Cənab Sədr!

Hörmətli həmkarlar!

Yalnız ölkələrin beynəlxalq təşkilatların razılaşdırılmış səyləri sayəsində həll oluna biləcək bir problemi yenidən sizin diqqətinizə çatdırıram: Dağlıq Qarabağ münaqişəsi.

1987-1988-ci illərdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları nəticəsində başlamış Ermənistan-Azərbaycan münaqişəsi sonradan Azərbaycan Respublikasının ərazisinin 20 faizinin işğal olunmasına gətirib çıxarmışdır. Nəticədə təxminən 30 min azərbaycanlı həlak olmuş, 50 min nəfər yaralanmış bir milyona yaxın azərbaycanlı qaçqın məcburi köçkün statusunu almağa məcbur olmuşdur. Hazırda Dağlıq Qarabağ bölgəsi ona bitişik olan 7 ərazi vahidi Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal altında saxlanılır. Erməni tərəfinin xüsusi qəddarlıqla həyata keçirdiyi hərəkətlər arasında 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində milliyyətçilik etnik ayrı-seçkilik zəminində törədilmiş kütləvi qətl yer alır. Xocalı qırğını nəticəsində 613 vətəndaş xüsusi qəddarlıqla öldürülmüşdür, bunlardan 106-nı qadınlar, 63-nü uşaqlar 70-ni qocalar təşkil edir.

Hörmətli həmkarlar.

Qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, beynəlxalq ictimaiyyətə üzv ölkələr tərəfindən Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı suverenliyinin dəstəklənməsi zəruridir.

Həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc əhaliyə qarşı milliyyətçilik etnik ayrı-seçkilik zəminində qətllərin həyata keçirilməsi insanlıq əleyhinə cinayət hesab edilməli beynəlxalq ictimaiyyət bu faktı insanlıq, beynəlxalq təhlükəsizlik xalqların birgə dinc yaşayışına təhdid saymalıdır.

Nəhayət, bölgədə sülhün bərqərar olunması üçün ilk addım kimi, BMT- üzv olan demokratik ölkələr erməni tərəfindən beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdikləri qərarların, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının dərhal, tam qeyd-şərtsiz azad edilməsinə dair 822, 853, 874 884 saylı qətnamələrinin icra edilməsini tələb etməlidir.

Təşəkkür edirəm.

 

 

Luçian MİLİTARU,

Demokrat Liberal Partiyasının deputatı

 

Azərbaycan.- 2013.- 15 fevral.- S.3.