Abadlıq-quruculuq
işləri geniş miqyas
alır
"Düşünülmüş
siyasət, siyasi və iqtisadi
islahatlar, xalqla iqtidar arasında olan birlik, vəhdət, xalq tərəfindən
ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü
hakimiyyət, sabitlik - budur,
bizim uğurlarımızı şərtləndirən
əsas amillər".
İlham
ƏLİYEV
Mədəniyyət evinin geniş foyesində
maraqlı məzmunlu sərgi diqqəti cəlb edir. Burada həm rayonda istehsal olunan məhsulların nümunələri nümayiş etdirilir, həm
də il ərzində görülən
işlər barədə ətraflı məlumat verilir. Sərginin bu hissəsi
"Əlvida, uğurlu keçən
2012" adlanır, digər lövhədə isə cari ilin vəzifələri
əks olunur: "Salam,
arzular məkanı 2013"!
Prezident İlham
Əliyevin səfərindən sonra dağlar diyarının yeni
həyatı başlandı. Dövlət
başçısının tapşırığı ilə
Şəmkir-Gədəbəy yolu yenidən
qurulur. Bütün qəsəbə və kəndlərin, ilk öncə isə sərhəd bölgələrindəki
yaşayış məntəqələrinin kütləvi surətdə
qazlaşdırılmasına başlandı. Bir
sıra sosial obyektlərin, səhiyyə,
mədəniyyət müəssisələrinin, bölgədə
yeganə olan aşıq musiqi məktəbinin təməli qoyuldu. Dağlar
diyarında ahəngdar tərəqqinin nəcib ənənəsi
yarandı. Bir zaman nəzər
diqqətdən kənar qalan Gədəbəy
rayonu hər ayı, hər ili yeni-yeni uğurlarla
yola salır.
2012-ci il bir sıra nəcib
işlərlə əlamətdar oldu. Bu barədə ötən ilin
yekunları və cari ilin
vəzifələri müzakirə edilərkən geniş danışıldı. İl ərzində görülən işlər
barədə isə rayon icra
hakimiyyətinin başçısı Ramiz
Yedigarov hesabat məruzəsi
ilə çıxış etdi. Sonra ayrı-ayrı idarə və müəssisə
rəhbərlərinin çıxışları dinlənildi.
Yekdilliklə qeyd olundu
ki, regionların sosial-iqtisadi
inkişafı dövlət proqramı hər sahədə uğurla yerinə yetirilir.
İl ərzində 54.7 milyon
manatlıq məhsul istehsal olunub ki, bu
da ötən ildəkinə nisbətən
xeyli çoxdur. Rayonda ənənəvi istehsal
sahəsi olan kartofçuluq
sürətlə inkişaf edir. Keçən il sahələrdən
202 min ton kartof götürülüb.
Nəzərdə tutulduğundan xeyli çox maldarlıq məhsulları istehsal olunub.
Özəl
sektorun, sahibkarlığın inkişafına
xüsusi qayğı göstərilir. Son bir ildə dörd min
istehsalçıya büdcə vəsaiti hesabına təqribən
114 min manat yardım və
müxtəlif banklar tərəfindən iş adamlarına 1.2 milyon
manat kredit verilib. Sahibkarlara kömək
məqsədilə rayonda kartof
çeşidləmə anbarı, maldarlıq məhsullarının
emalı üçün müasir
texnologiyalı süd-pendir müəssisəsi
tikilib. Adambaşına məhsul
istehsalını həcmi xeyli artır, əldə
olunan xalis gəlir
çoxalır.
Toplantıda
qeyd olundu ki, gəlir, qazanc
artdıqca sosial problemlər uğurla həll olunur,
abadlıq-quruculuq işləri geniş miqyas alır.
Bəzi
təbii hadisələr nəzərə alınmazsa, bütün qəsəbə və kəndlərə
gecə- gündüz fasiləsiz elektrik enerjisi verilir. Rayon mərkəzi,
24 kənd mavi yanacaqla
təmin olunub. Söyüdlü,
Muruğlu, Papaqcı, Qoşabulaq,
Samanlıq, Pərizamanlı, Totuxlu kəndlərinə
və digər yerlərə qaz kəməri
çəkilişi davam edir.
Gədəbəy
kəndlərinin əsas problemi yolla bağlıdır. Toplantıda minnətdarlıqla
qeyd olundu ki, dövlət başçısının
qayğı və köməyi ilə son
vaxtlarda bu sahələrdə
xeyli işlər görülüb.
Prezidentin müvafiq sərəncamı
ilə ayrılan vəsait hesabına Gədəbəy-Novosaratovka-Qaravəlilər
yolu çəkilir. Fındıqlı
çayı üzərində 84 metr uzunluğunda körpü
istifadəyə verilib. Ərəbli kəndindəki
körpü, Düzyurd-Dərəqarabulaq,
Misginli, Kərkər, İsabəyli
yolları əsaslı təmir edilib.
Şəhərin giriş hissəsi,
xüsusən, yarıtmaz vəziyyətdə olan
mərkəzi bazar tamamilə yenidən qurulur. Küçələr genişləndirilir,
yararsız obyektlər müasir üslubda sahmana
salınır, asfalt döşənir,
işıqlandırma sistemi təzələnir,
səkilər düzəldilir.
Toplantıda
böyük inamla
vurğulandı ki, bunlar
böyük işlərin
başlanğıcıdır. Dövlət
başçısının Nazirlər Kabinetinin
yığıncağında dediyi
sözlər hamının ürəyincə olmuşdur:
"Biz artıq neçə ildir ki, kənd
yollarının çəkilişi ilə çox
ciddi məşğul olmağa
başlamışıq. Bütün rayonlarda bu layihələr
icra edilir. Bu layihələrin icrası rayonlardan
gəlmiş sifarişlər, əhalidən gələn
müraciətlər əsasında təşkil edilibdir. İlk növbədə,
biz çalışmışıq ki, əhalinin ən çox
məskunlaşdığı kəndlərimizi yeni yollarla təmin edək".
Respublika Prezidentinin
bu fikirləri Gədəbəyin də daha abad, daha
gözəl sabahından xəbər verir.
Dağlar diyarı yeni
ilə bu böyük
inamla qurub-yaratmaq arzusu ilə qədəm
qoydu.
Bu il 56 kilometr uzunluğunda olan Qaravəlilər yolunun
çəkilişi başa
çatdırılacaq, bir sıra yollarda təmir-bərpa işləri
aparılacaq, körpülər, keçidlər sahmana salınacaqdır. İlin
ən əsas vəzifələrindən biri
mərkəzi bazarın şəhər kənarına köçürülməsi
ilə bağlıdır. Bu sahədə
artıq ilkin işlərə
başlanılmışdır.
Cari ildə Heydər Əliyev
parkı əsaslı təmir ediləcək, Heydər Əliyev
mərkəzi və gənclər evi tikiləcək,
Bayraq meydanı yaradılacaq.
İqtisadiyyatın inkişafına xüsusi
fikir veriləcək, sosial
problemlər yenə də diqqət mərkəzində
olacaqdır.
Samanlıq, Arıqıran kənd tam orta məktəblərinin binaları istifadəyə
veriləcək, İsalı, Moruqlu kəndlərində
180 şagirdlik yeni
binaların təməli qoyulacaq, peşə
liseyi təzə binaya
köçəcəkdir. Sərhəd bölgəsində on bir kəndə mavi yanacaq veriləcək,
elektrik enerjisi və su təchizatının problemləri sistemli surətdə həll ediləcəkdir.
Toplantıda Milli Məclisin
deputatları - Rafiq Məmmədhəsənov, Sevinc
Hüseynova və Prezident Administrasiyasının məsul
işçisi Habil Əzəmmətov çıxış
etmişlər.
Əhməd İSAYEV
Azərbaycan.- 2013.- 15 fevral.- S.4.