Lənkəranlılar
cari ildə də uğurlarını
artırmaq əzmindədirlər
Ölkəmizin
cənub bölgəsinin qeyri-rəsmi mərkəzi sayılan
Lənkəranı gəzdikcə, abadlıq-quruculuq işləri
və insanların sosial şəraiti ilə yaxından
tanış olduqca görürsən ki, rayon özünün
inkişaf dövrünün yeni mərhələsini
yaşayır. Hər kənddə, hər qəsəbədə
qarşıya çıxan yenilik, müasirlik insanların
xoş əhval-ruhiyyəsindən xəbər verir. Lənkəranlıların
özlərinin dediyi kimi, Prezident İlham Əliyevin Lənkərana
hər gəlişindən, şəhər rəhbərliyi və
ictimaiyyətlə görüşündən sonra yeniliklərin
sayı artır, aparılan tikinti-quruculuq işlərinin
miqyası daha da genişlənir.
Ötən il iyul ayının son
günü ölkə başçısı Lənkəranda
olarkən Heydər Əliyev mərkəzinin, bayraq
meydanının, Lənkəran sərhəd dəstəsinin
inzibati binasının açılış mərasimlərində
iştirak etmiş, daha sonra gənclər mərkəzinin və
müasir standartlara cavab verən
5 ulduzlu turizm hotel kompleksinin təməlqoyma mərasimində
öz xeyir-duasını vermişdir.
Ölkə
başçısının 1 avqust 2012-ci il tarixli sərəncamına
əsasən Lənkəran Şəhər İcra Hakimiyyətinə
ayrılmış 5 milyon manat vəsait hesabına şəhərdəki Şəhidlər xiyabanı
küçəsi yenidən qurulub. Göyşaban dairəsindən
Ləvəngi dairəsinə və Heydər Əliyev
prospektinə qədər olan yolda, eləcə də prospektin
özündə yenidənqurma və bərpa, Olimpiya idman
kompleksinə və Sutamurdov kəndinə gedən yolda
abadlıq işləri
aparılıb.
Ötən ilin ən uğurlu layihələrindən
hesab olunan dövlət Bayrağı meydanı rayona xüsusi
gözəllik verir. Meydanın ətrafı mərmər
üzlüklərlə örtülüb, müasir
işıqlandırma sistemi quraşdırılıb, milli
üslublu oturacaqlar qoyulub, yaşıllıq zolağı
genişləndirilib. Heydər Əliyev xatirə parkında da
əsaslı yenidənqurma işləri aparılıb. Parkda
mövsümlə əlaqədar əlavə gül
kolları və dekorativ ağaclar əkilib. Layihənin davamı
olaraq akademik Zərifə Əliyeva küçəsinin yenidən
qurulmasına başlanılıb. Küçə boyu hasarlar
ağ daşlarla üzlənir, səkilərə bordürlər
düzülür, küçədə müasir
işıqlandırma sistemi qurulur.
Dörd il əvvəl icrasına
başlanılan "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı" çərçivəsində
həyata keçirilən tədbirlər nəticəsində
rayonda iqtisadi və sosial tərəqqiyə nail olunub. Yeni
yaşayış massivləri salınıb, biri-birindən
yaraşıqli, yerli memarlıq nümunələrini özündə
əks etdirən mülklər tikilib, yollar çəkilib.
Yeni sosial obyektlər, müasir standartlara uyğun tikilmiş məktəb
və xəstəxanalar, idman və sağlamlıq mərkəzləri,
rabitə və nəqliyyat bu gün əhaliyə nümunəvi
xidmət göstərir. Lənkəran şəhərində
olduğu kimi, qəsəbə və kəndlərdə də
əhali elektrik enerjisi və mavi yanacaqla fasiləsiz təmin
olunur.
Əhalinin
yaxşı güzəranı sağlamlığa, səmərəli
işə, bolluğa və əmin-amanlığa
səbəb olan əsas amillərdəndir.
Bunu əvvəlki illərdən dəfələrlə
fərqli və üstün olan göstəricilərdən də müəyyən
etmək olur. Məsələn, rayonda ümumu məhsul
istehsalının həcmi ilbəil artır. Təkcə
ötən il fəaliyyətdə olan 32 sənaye müəssisəsində 19,2 milyon manatlıqdan çox
məhsul istehsal edilib.
Daha konkret desək, keçən il
sənaye müəssisələrində 860 ton
meyvə-tərəvəz konservi, 238,3 ton qablaşdırılmış çay, 38,8 ton kərə
yağı, 632,7 ton pendir
və kəsmik, 341,6 ton üzlü
süd məhsulu istehsal
olunub, 6640 kubmetr kərpic
buraxılıb. Bunlardan əlavə, Lənkəran-çay" MMC-də,
"Lənkəran-çay-5" ASC-də, "Sun-tea" MMC-də 137 ton
çay yarpağı emal
edilib. Çayçılığın
inkişafı ilə əlaqədar Lənkəran çay filialında, Hirkan,
İstisu qəsəbələrində və
Girdəni kəndi ərazisində yeni çay plantasiyaları salınıb. Cari ildə isə rayonda daha 150 hektar yeni çay
plantasiyasının və 50 hektar müxtəlif
növ meyvə bağının
salınması nəzərdə tutulur.
İş adamlarının,
sahibkarların, yeni sex
və kiçik müəssisələrin
sayı artdıqca işsizlərin sayı azalır. Rəqəmlərin
dili ilə desək, il
ərzində rayonda 1938 yeni
iş yeri
açılıb ki, bunun
da 1340-ı daimidir. Təsadüfi
deyil ki, ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
yerli sahibkarlara 650 min manat güzəştli
kredit verilib. Lənkəranlılar
minnətdarlıq hissilə bildirirlər ki,
bütün bunlar
dövlət başçısının diqqət və
qayğısının əyani təzahürüdür.
Prezident İlham
Əliyev "Azərbaycan Respublikası regionlarının
2009-2013-cu illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nin icrasının dördüncü ilinin
yekunlarına həsr olunmuş
iclasında demişdir: "Regionların sosial-iqtisadi inkişafı dövlət
proqramı artıq 9 ildir ki,
icra edilir. Hesab edirəm ki,
proqramın qəbul olunması ölkə iqtisadiyyatı, sosial məsələlərin həlli üçün çox əhəmiyyətli
idi. Proqramın icrası onu
göstərir ki, 2004-cü ildə bəyan
etdiyimiz artıq reallığa çevrilir". Bu,
reallığı, sosial-iqtisadi tərəqqini
respublikamızın digər rayonlarında olduğu
kimi, Lənkəranda da
müşahidə etmək mümkündür.
Ötən
ildən Lənkəranda quruculuq işlərinin
coğrafiyası daha da
genişlənmiş, yeni infrastruktur
layihələrin icrasına başlanıb. Proqramda
nəzərdə tutulan tədbirlərə
əsasən, Lənkəran şəhərinin su-kanalizasiya sistemi tamamilə
yenidən qurulur. Rayon mərkəzində və
Bürcəli kəndində içməli su
xəttinin, Şilavar, Digah,
Velədi və Sutamurdov kəndlərində
su-kanalizasıya xətlərinin çəkilişi, Göyşaban kəndində isə çirkab sutəmizləyici qurğunun
tikintisi davam etdirilir. Ötən il Yaponiya səfirliyinin rayonun
Xırxatan kəndində içməli su
problemi ilə bağlı həyata keçirdiyi tədbir çərçivəsində
kənddə artezian quyusu
qazılıb, məhəllələrə və evlərə
içməli su xətti çəkilib.
Bir neçə ay
öncə isə Azərbaycan Qızıl Xaç
və Qızıl Aypara Cəmiyyətləri
Federasiyası tərəfindən rayonun
Günəbir kəndinə 500 metr məsafədən
su xətti çəkilişinə
başlanılıb.
Eyni zamanda,
Lənkəranda sovet dönəmindən
qalmış yollarda təmir və bərpa
işləri aparılıb, dünya
standartlarına uyğun yeni
yollar çəkilib, körpülər,
keçidlər qurulub. Tükəvilə-Diyan-Gəgiran
avtomobil yolunun 7-ci,
Hirkan-Daşdatürk-Biləsər yolunun
14-cü, Vilvan-Osaküçə-Türkəcil yolunun 12-13-cü kilometrlərində yeni körpülər salınıb.
Ümumiyyətlə, son 3 ildə
Vilvan-Osakücə-Türkəcil yolunda 7
körpü tikilib. Əhalinin
rahatlığını və nəqliyyatın təhlükəsiz
hərərəkətini təmin etmək məqsədilə
bu il
Hirkan-Daşdatük-Biləsər yolunda daha bir körpünün
tikintisinə start veriləcək.
Bunlardan savayı, Prezident
İlham Əliyevin "Lənkəran
şəhərinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər
haqqında" 8 iyun 2012-ci il tarixli sərəncamına
əsasən, 20 yaşayış məntəqəsini birləşdirən
və 40 min əhalinin istifadə etdiyi Lənkəran-Vilvan-Osaküçə-Türkəcil avtomobil
yolunun əsaslı təmiri üçün ilkin olaraq ayrılmış 4 milyon
vəsait hesabına yolun 16,5 kilometrlik hissəsinin yatağı standartlara uyğun
hamarlanıb, bərkidilib və keyfiyyətli asfalt
örtüyü çəkilib. Prezidentin digər sərəncamına əsasən
16 yaşayış məntəqəsini birləşdirən
Şürük-Vel-Qamışovka avtomobil
yolu genişləndirilib, yeraltı suötürücü borular
quraşdırılıb və 72 kilometr yola asfalt döşənib.
Nazirlər Kabinetinin 30 dekabr
2012-ci il tarixli qərarına
əsasən ayrılmış 4 milyon vəsait
hesabına cari ildən yolun
qalan hissəsinin əsaslı təmirinə
başlanılacaq. Həmçinin ölkə
başçısının Pezidentin Ehtiyat Fondundan
ayırdığı 5,2 milyon vəsait
hesabına 2013-cü ildə rayonun
Vilvn-Zövlə-Boladı-Liman yolunun əsaslı
təmirinə başlanılacaq.
Lənkəran
bu gün həm də
turizm məkanıdır. Hər il bu diyara minlərlə turist gəlir. Təsadüfi deyil ki, ötən il rayona
gəzməyə və
dincəlməyə gələnlərin
sayı 15 min nəfərdən
çox olub. Yeri gəlmişkən qeyd edək ki, hazırda
rayonda xüsusi lisenziya almış 11 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin ötən
ilin yekunlarına həsr olunmuş iclasında ŞİH-nin başçısı Taleh
Qaraşov bütün
bunlardan və qarşıda duran məsələlərdən ətraflı
danışaraq demişdir
ki, 2013-cü ilin də uğurla başlaması göstərir
ki, şəhərimizin,
kənd və qəsəbələrimizin inkişafı
ilə bağlı yeni layihələrin icrasını daha keyfiyyətlə və vaxtında həyata keçirəcəyik. Yeni
sənaye və emal müəssisələri
yaradılacaq, iş yerləri
açılacaq, müasir
məktəblər, səhiyyə
ocaqları, xidmət obyektləri tikiləcək,
yollar asfaltlanacaq, rayonda su-kanalizasiya sisteminin quraşdırılması
başa çatacaq, aqrar sahənin inkişafına diqqət daha da artırılacaqdır.
Seyran CAVADOV
Azərbaycan.- 2013.- 15 fevral.- S.4.