Azərbaycan Prezidenti İlham Əliyev İtaliya

xarici işlər nazirinin müavininin başçılıq etdiyi

nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də İtaliya xarici işlər nazirinin müavini xanım Marta Dassunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, əlaqələrimizin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 16 fevral.- S.1.