Prezident İlham Əliyev Qazaxıstanın

Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin

başa çatması ilə əlaqədar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Serik Primbetovu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı,  əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olundu.

İkitərəfli münasibətlərimizin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən dövlət başçısı gələcək fəaliyyətində ona uğurlar arzuladı.

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 16 fevral.- S.1.