«Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi

ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası

Prezidentinin 2011-ci il 16 fevral tarixli 386

nömrəli fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli fərmanını "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli  275-IVQ nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 90, ¹ 7, maddə 625, ¹11, maddə 996; 2012,

¹ 9, maddə 853; Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 noyabr tarixli 724 nömrəli fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də:

1.1. 2.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"2.1.5. "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsini təmin edir;";

1.2. 3.1.60-cı yarımbənddə "ahıllara, əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, sosial müdafiəyə ehtiyacı olanlara, habelə nazirliyin tabeliyində olan internat evlərində, pansionatlarda yaşayan bu kateqoriyadan olan şəxslərə tibbi və sosial-məişət xidmətini" sözləri "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çətin həyat şəraitində olan şəxslərə (ailələrə) və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə (ailələrə), habelə nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrində yaşayan bu kateqoriyadan olan şəxslərə sosial xidmət göstərilməsini" sözləri ilə əvəz edilsin.

2. Həmin fərmanla təsdiq edilmiş  "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti haqqında Əsasnamə"də:

2.1. 2.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

"2.1.4. "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsini təşkil edir, tabeliyində olan sosial xidmət müəssisələrinin fəaliyyətini və inkişafını təmin edir;";

2.2. 3.1.11-ci yarımbənddə "ahıllara, əlillərə, sosial müdafiəyə xüsusi ehtiyacı olanlara, habelə xidmətin tabeliyində olan internat evlərində, pansionatlarda yaşayan bu kateqoriyadan olan şəxslərə tibbi və sosial-məişət xidmətini" sözləri "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çətin həyat şəraitində olan şəxslərə (ailələrə) və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərə (ailələrə), habelə xidmətin tabeliyindəki sosial xidmət müəssisələrində yaşayan bu kateqoriyadan olan şəxslərə sosial xidmət göstərilməsini" sözləri ilə əvəz edilsin;

2.3.  4.1.1-ci yarımbənddə "əlillərin və sağlamlıq imkanları məhdud uşaqların" sözləri "çətin həyat şəraitində olan şəxslərin (ailələrin)" sözləri ilə əvəz edilsin;

2.4. 5.1-ci bənddə "internat evləri, pansionatlar, insan alveri qurbanları yardım mərkəzləri, penitensiar müəssisələrdən azad olunmuş şəxslər üçün sosial adaptasiya mərkəzləri, yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış  sosial reabilitasiya müəssisələri və sosial sığınacaqlar" sözləri "sosial xidmət müəssisələri" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 fevral 2013-cü il

 

Azərbaycan.- 2013.- 16 fevral.- S.1.