«Məhkəmə
və hüquq-mühafizə orqanları işçilərinin
dövlət müdafiəsi haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 13 fevral tarixli 106 nömrəli fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 106 nömrəli fərmanını "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli 431-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 106 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 89; 2002, № 8, maddə 478; 2004, № 1, maddə 19; 2009, № 12, maddə 993)
2-ci hissəsinin ikinci abzasında "Milli Təhlükəsizlik Nazirliyi," sözlərindən sonra "Fövqəladə Hallar Nazirliyi," sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 fevral 2013-cü il
Azərbaycan.- 2013.- 16 fevral.- S.2.