Paralimpiya oyunları çempionlarına Azərbaycan

Respublikası Prezidentinin xüsusi olimpiya

təqaüdünün verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında" 10 oktyabr 2002-ci il tarixli 798 nömrəli fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanın aşağıdakı Paralimpiya oyunları çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü verilsin:

 

İbrahimov Ramin İbrahim oğlu

Pronina Natali Aleksandrovna

Sultanova Afaq Vaqif qızı

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 fevral 2013-cü il

 

Azərbaycan.- 2013.- 16 fevral.- S.2.